Nazirlər Kabineti – Bayramı günləri ilə bağlı qərar verdi

02/12/21 12:09

02.12.2021

Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Transqafqaz.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.