Son günlər sosial şəbəkələrdə paytaxtdakı bəzi taksi sürücülərinin sərnişinlərə nalayiq təkliflər etdiyi videolar yayılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.
O, qeyd edib ki, bu kadrlar dərc edildikdən sonra 102 Zəng Mərkəzinə, polisə, eləcə də Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə qadınlardan çoxsaylı müraciət və şikayətlər daxil olmağa başlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti xəbər verir ki, müraciətlərin hər biri qeydiyyata alınıb, müvafiq araşdırmalar aparılır, nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.