Vahidov Qurban. Araşdırmaçı – analitik
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın beynəlxalq münasibətlər sisteminin transformasiyasını elan edən bəyanatı bunu təsdiq edir. Amerikalı diplomatın sözlərinə görə, onların yaratdığı və rəhbərlik etdiyi hazırkı BMT strukturu “tədricən keçmişə çevrilir”.
Eyni zamanda Sallivan, Vaşinqtonun xeyrinə işləməli olan yeni “müttəfiqliklər, tərəfdaşlıqlar və institutlar” yaratmaqla qurulmuş dünya düzənini dəyişdirmək üzrə fəal cəhdlərin olduğunu etiraf etməsi diqqət çəkir.
ABŞ-ın liderliyində Katolik Qərb BMT-nin mərkəzi rolunu dağıtmaqla təkbaşına hökmranlıq etmək, imperialist niyyətlərini həyata keçirmək istəyir. Məhz bu məqsədlə ABŞ 110 dövləti dəvət etməklə demokratiya sammiti təşkil edir. Onun iştirakçılarını Vaşinqtonun “maraqlarına xidmət edəcəyi” heç şübhəsizdir.
Uzun illərin riyakarlığından sonra nəhayət ABŞ, ilk dəfə olaraq hər şey öz adı ilə adlandırdı.
Artıq görünən odur ki, bu hadisədən sonra dünya birliyi, dost-düşmən bölünməsinə doğru hərəkət edəcəkdir. Bu mənada dini, dili, etnik yaxınlığı ilə bir olan Türk Birliyi Təşkilatının 12 noyabr 2021-ci il tarixdə elan olunması, zamanında verilmiş qərar və çox təqdirəlayiqdir.
Əvvəlki yazılarımızda Suriya və Cənubi Qafqazda cərəyan edən olayların bir zəncirin həlqəsi olduğu barədə yazmışdıq. Ermənilərin bu məsələdə ABŞ, Fransa və Rusiyanın maraqlarının daşıyısı olduğu artıq sirr deyil.
Cənubi Qafqazda Katolik Qərbin oyuları Türkiyə və Azərbaycanın səyi pozuldu, lakin tamamlamağa ermənilərin havadarları imkan vermədilər. Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistana yenidən hərbi-iqtisadi baxımından gücləndirib revanş götürmək istəklərini daima gündəlikdə saxlyacaqlar. Bu məqsədlə Avropa İttifaqının Ermənistana 2,6 milyard avro və Rusiyanın 1,8 dollar yardım ayırması niyyətlərinin gerçək olduğunun göstəricisidir.
Təəssüflər olsun ki, Katolik Qərbin bu oyununda özünü İran İslam Respublikası adlandıran müsəlman dövləti də yer alıb. İranın keçmiş XİN olmuş Vilayəti bunu açıq şəkildə dilə gətirərək: “Ermənistan Türkiyə, Azərbaycan, Türkmənistan və digər türk dilli dövlətlər yolunda bir maneədir. Biz Ermənistana hər cür yardım edəcəyik ki, Ankarının önunü kəssin” deyib.
İmperialist ölkələr öz mənfəətlərinə Suriyada gələcək “yeni düzənə” hazırlaşır. Onlar ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq edən ərəb səlahiyyətliləri ilə “Suriyada sülh, suriyalıların təhlükəsizliyi və Suriyanın gələcəyi” mövzusunda görüşlər və konfranslar təşkil edirlər .
Bunlardan biri Suriyanın gələcəyi ilə bağlı Brüsseldə keçirilən konfransdır. Konfransda ABŞ Dövlət Departamentinin Yaxın Şərq əlaqələri üzrə köməkçisinin müavini Ethan Goldrich və onun həmkarları, ərəb rəsmiləri, avropalı diplomatlar, yüksək səviyyəli nümayəndələr və ekspertlər iştirak ediblər .
ABŞ və Avropa mətbuatından verilən xəbərlərə görə, konfransda Suriyada problemlər və problemlərin həlli yolları müzakirə olunmuşdur. Lakin əsas, önəmli məsələlərin ekspertlər və müvafiq ölkələrin yüksək səviyyəli nümayəndələri arasında keçirilən qapalı görüşlərdə müzakirə edildiyi barədə məlumatlar var.
Beləliklə, konfrans “Suriyada təhlükəsizlik” adı altında keçirmək üçün bir bəhanədir …
Türkiyənin keçmiş strateji müttəfiqi, yeni düşməni – ABŞ-ın ümumilikdə Yaxın Şərqdə, xüsusən də Suriyada nə etmək istədiyini və Avropa İttifaqının və onunla əməkdaşlıq edən bu xəyanətkar şəxslərin planlarını doğru dəyərləndirmək lazımdır. Şübhəsiz ki, bunlar Türkiyə və Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Ərəb səlahiyyətliləri bunları anlamalı və imperialistlər ilə iş birliyində olmaqdan uzaq durmalı, Türkiyənin əleyhinə olan gizli sazişlərdə iştirak etməməlidirlər.
Çünki onlardan daha çox Suriyanın gələcəyi Türkiyəni narahat edir. Bu gerçəyə əsaslanaraq Suriyada atılacaq hər addımı və planlaşdırılan hər bir yol xəritəsini əvvəlcədən öyrənmək bölgədəki gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir.
Bunu mütləq vurğulamaq istərdik;
1.Hansı ad altında, kim tərəfindən və ya bölgədən uzaqda yerləşən ölkələr tərəfindən təşkil olunmasından asılı olmayaraq imperialist məqsədlərə xidmət edir;
2.ABŞ, Fransa, Rusiya, İran və onlarla əməkdaşlıq edən ölkələrin və güclərin hansı işlər görməsindən, hansı tədbirlər, konfrans, zirvə görüşü keçirməsindən asılı olmayaraq, unudulmamalıdır ki, Suriya ilə bağlı keçirilən hər görüşdə, konfransda, bizə qarşı bir tələ və ya xəyanət planı var.
2 dekabr Brüssel konfransdan əvvəl, 27 noyabrda Suriyaya gələn ABŞ və Rusiyanın diplomatlar və hərbi nümayəndə heyətləri müxtəlif adlar altında təşkil edilən görüşlərə terrorçu PKK-nın nümayəndə heyətini dəvət edib. Noyabrın 28-də üçlüyün (ABŞ, Rusiya, PKK) nümayəndələri Rusiyanın nəzarətində olan Dəməşq administrasiyası ilə görüşüblər. Görüşdə “Suriyanın gələcəyi”, strateji zənginliyin bölüçdürülməsi, Suriya rejiminin PKK ilə əməkdaşlığı, Suriyanın şimalında “Suriya Demokratik Qüvvələrin” (PKK-nın davamı) nəzarətində “Autonomous Region” yaradılması, Türkiyənin bölgədən sıxışdırılması, ABŞ və Rusiyanın bölgədə maraqlarının təmin edilməsi müzakirə edilmişdir. Tədbirin sonunda Katolik Qərbin marionetkası olan “Kürdüstan Muxtariyyətinə” dəstəyini davam etdirməkdə qərarlı olduqlarını açıqladılar.
Rusiya nümayəndələri isə yalnız mədəni və bəzi siyasi hüquqlara malik olan, Dəməşq administrasiyasının təhlükəsizliklərinə cavabdeh olacağı, silahsız və ordusu olmayan “muxtar administrasiya”nı tanıya biləcəklərini bəyan ediblər.
ABŞ və Rusiyanın Suriyanın şimalında muxtar idarəetmə strukturu ilə bağlı razılığa gəldiyi anlaşılsa da, onların səlahiyyətləri ilə bağlı fərqli baxışları var.
Bizim üçün hər ikisi qəbul edilməzdir. Minlərlə kilometr uzaqdan gələnlər Türkiyə üçün həyat əhəmiyyətli məsələsini müzakirə edib, qərar qəbul edəcəklər, Katolik Qərbin (Rusiya Katolik Qərbin davamıdır və vassalıdır) marionetkası olan oyuncaq dövlət quracaqlar? Belə bir quruluşu qəbul etməyimiz heç vaxt mümkün olmayacaq, çünki bu, kürdlərin təməl haqlarının müdafiəsi deyil, terror təşkilatını mükafatlandımaq və terroru dəstəkləmək deməkdir.
Bu cür yanaşma çox təhlükəlidir və regiona sülh, əmin-amanlıq və təhlükəsizlik gətirməyəcəkdir
Digər mühüm məsələ BMT Təhlükəsizlik Şurasının 2015-ci ilin dekabrında yekdilliklə qəbul etdiyi 2254 saylı Qətnamədir. Qəbul edilən Qətnamə Suriyada silahların yerə qoyulması, demokratik seçkilərin təşkili üçün Konstitusiya dəyişikliyi danışıqlarna Cenevrədə başlamasını nəzərdə tuturdu. Yol xəritəsinin yaradılması çağırışı yalnız 2018-ci ildə yerinə yetirildi və danışıqlar üç il sonra Cenevrədə baş tutdu. ABŞ özünün Suriya uzantıları PKK, YPG/PYD və SDG-nin danışıqları cəlb etməsi cəhdi Türkiyənin təzyiqi ilə qarşısı alınıb.
Noyabrın 27-28-də və dekabrın 2-də Brüsseldə keçirilən görüşlərdə ABŞ və Rusiya Suriyanın şimal bölgəsində terroçu PKK-nı sahiblik edən tərəf olduğunu qəbul etdi.
Məqsədləri PKK-nın uzantıları olan terror təşkilatlarının Konstitusiya Müəyyənetmə Komissiyasında iştirakını təmin etməklə formalaşacaq konstitusiyaya “muxtar idarəçilik” maddəsini əlavə etməkdir .
Yəni Suriyanı rəsmən bölməkdir.
Türkiyə və Azərbaycan bu təhlükəli faktları nəzərə alaraq hərəkətə keçməlidir.