Bərdə ryonunun Şirvanlı kəndinin bir qrup sakini tərəfindən saytımıza ünvanlanan müraciətdə belə deyilir. “Bu yaxınlarda dövlət başçısının Ağdama səfəri çərçivəsində Bərdə rayonu Şirvanlı kəndində yol qırağında neçə illərdi basdırılan telefon dirəklərin sökdülər ki onun yerinə yenilərini qoyacaqlar. Səbəb kimi də deyiblər ki, köhnə dirəklərin yol qırağında olması dövlət başçısına diqqətsizlik kimi qəbul edilə bilər. Odur ki yeni dirəklər basdırılacaq. İki ay keçməsinə baxmayaraq nə yeni dirəklər basdırılır nə də təzə kabelləşmə həyata keçirilir.Əhali də telefonsuz internetsiz qalıb. Heç aylıq abunə haqqını ödəyib istifadə etməyənlərdən də Yunis müəllimin işçiləri abunə pulu yığmaq istəyir. Odur ki, əlacsız qalan Kənd əhalisi köhnə dirəklərini geri istəyir. Əks təqdirdə, kənd əhli əlinnə dirək alıb, Ağdam Bərdə yolunu bağlayacaqdır. Müraciətdə belə deyilir.
Transqafqaz.com