Politoloq Ünal: Erməni diasporu Ankara ilə barışığı pozmaq üçün hər şeyi edəcək
Türkiyənin Maltəpə Universitetinin (İstanbul) professoru Həsən Ünal İrəvanla Ankaranın barışmasının əsas əleyhdarlarını xaricdəki erməni diasporunu hesab edir. O, Lenta.ru-ya müsahibəsində diasporun narazılığını iki ölkə arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərə biləcək yeganə amil adlandırıb.
“Onlar yaşadıqları ölkələrin, məsələn, Fransa və ABŞ-ın hökumətlərinə təsir etmək, bu prosesi pozmaq üçün mümkün olan hər şeyi edəcəklər”, – politoloq bildirib.
Ünal bildirib ki, erməni diasporunun nümayəndələri Türkiyəyə qarşı “nifrət içində yaşayırlar” və onu “fayda və qazanc əldə etməyə imkan verən sənayeyə” çeviriblər.
Bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla hava əlaqəsinin açıldığını açıqlamışdı. O, həmçinin bildirib ki, Ankara və İrəvan diplomatik münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edəcəklər.
Transqafqaz.com