“Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan aborigenlərdir bir hissəsi, Türkiyə və İrandan köçürülmüş qaçqınlardır”. B. İşxanyan
Məqalə 23 Dekabr Qərbi Azərbaycanlıların qətliam, deportasiya və etnik soyqırıma məruz qalmasına ithaf olunur. 22 dekabr 2021
Rusiyanın himayəsində olan erməni dövlətinin yaradılması, habelə ermənilərin Rusiyanın işğal etdiyi (Şirvan, Gəncə, Qarabağ, İrəvan) torpaqlara köçürülməsi təsadüfi bir hadisə deyildi, bu təşviq edilən, təbliğ edilən Rusiya-Ermənistan münasibətlərinin təbii nəticəsi idi. Erməni tarixi ədəbiyyatı bunu ticarət əlaqələri olaraq qeyd edirdi, əslində bu, 18-ci əsrdən başlayaraq müsəlman Şərqinə, xüsusən də Türkiyəyə və Azərbaycana qarşı düşmən münasibətlərə söykənirdi.
XV əsrin sonlarında naməlum bir müəllifin “Kraliçanı gördüm” adlı erməni poemasına diqqət yetirək. Poema Rus Çarı III İvanın (1462 – 1505) və Bizans şahzadəsi – xanım Sofiya Paleoloqun toyunu təsvir edir. İstanbulun ələ keçirilməsini tələb edərək, III İvanın hədiyyələrini rədd edir. III İvan, Qüdsü azad edib, Eçmiadzinə çatacağına söz verir.
Poemanın ideyasının “Moskva üçüncü Romadır” nəzəriyyəsinə uyğunluğunu açıq şəkildə görürük. Bu nəzəriyyə “Moskva Üçüncü Romadır” İstanbul 1453-cü ildə fəth edildikdən sonra, 16-cı əsrin əvvəlində Elizar Monastırının rahibi Filofey tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyənin əsasını Xristian dövlətlərin Türkiyəyə qarşı ittifaqı təşkil edir, habelə Rusiyanın “İkinci Roma İmperiyası” adlanan Bizansın hüquq və mülkiyyətinin varisi olduğu bildirilir.
Bu poemanın ideyası sadəcə bir poetik xəyal deyildi, onun həyata keçirilməsi üçün erməni-rus, hərbi-siyasi birliyinin yaradılması istiqamətində addımlar atıldı.
Ermənistan-Rusiya münasibətləri Rusiyanın Kazan xanlığını (1552) və Həştərxan xanlığını (1556) ələ keçirməsi, Türk müharibələri (1635-1639, 1711, 1768-1774, 1787-1791, və sair.) ilə genişləndi və Rusiyanın Xəzər ətrafı torpaqların işğalı ilə gücləndi.
Bu hadisələrin gedişində ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyalarının yaradılması başladı.
Bu məsələdə I Pyotrun 10 oktyabr 1724-cü il tarixli erməni xalqına verdiyi dövlət fərmanı mühüm rol oynadı. Bu fərmanla Rusiyanın ələ keçirdiyi torpaqlarda ermənilərin məskunlaşması və köçürülməsi üçün torpaq ayrılmasına dair razılaşma nəzərdə tutulurdu.
I Pyotrun bu siyasi xətti əsr boyu varisləri tərəfindən davam etdirildi və bu gündə davam etdirilir baxmayaraq ki, dünya çox dəyişib, yeni dəyərlər, yeni baxışlar mövcuddur.
Rusiyanın 1804-1813-cü illərdəki Rusiya-İran müharibəsindəki qələbəsi və Azərbaycanın bölünməsinə gətirib çıxaran “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsini və birləşməsini sürətləndirdi.
1826-1828-ci illərdəki Rusiya-İran müharibəsi zamanı Erivanın ələ keçirilməsindən sonra bu plan həyata keçirilməyə başladı. Köçürmə layihəsi erməni katolikosu Nerses Aştareketsi tərəfindən hazırlandı. A.S. Qriboyedov bu planın hazırlanmasında və həyata keçirilməsində mühüm rol oynadı.
1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Sankt-Peterburqdan dəvət olunan, o dövrdə Təbrizdə olan Eqizar Lazaryana katalikos Nerses yazırdı: “İndi erməni millətimizin sadiq müdafiəçisi cənab A.S. Griboyedovdan xahiş etdim ki, əsirlikdə olan (müsəlmanlar ilə qonşu olmağı bunlar “əsirlik” hesab edirlər. Müəllif) xristianlarımız üçün xahişimi unutmasın və harada olursa olsun, qüdrətli Rusiya bayrağı altında qəbul edilməsini asanlaşdırsın. O cümlədən mən Əlahəzrət cənab Paskeviçdən də xahiş etdim və indi cənab A. Qriboyedova məktub göndərirəm və Siz (Eqizar Lazaryan, müəllif) həzrətlərindən xahiş edirəm ki, cənab İvan Fedoroviç Paskeviçi inandırasınız ki,barışıq əsnasında İranın şəhər və kəndlərində yaşayan ermənilərin Rusiyanın himayəsi altında öz vətənlərinə sərbəst şəkildə vətənlərinə qayıtmasını təmin edən bir maddə daxil etməyi unutmasın”.
10 fevral 1828-ci ildə imzalanan “Türkmənçay müqaviləsi” nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. XV maddə: “Əlahəzrət Şah Azərbaycan adlanan bölgənin bütün əhalisinə əfv elan edir. Əlavə olaraq, bu gündən başlayaraq, yerli müdirlər və məmurlar tərəfindən heç bir maneə olmadan bir il ərzində ailələri ilə birlikdə, İrandan Rusiyaya köçmək, hər hansı bir gömrük rüsumu və vergisi ödəmədən daşınan malları satmaq. Daşınmaz əmlak məsələsinə gəldikdə, satılması və ya bununla bağlı bəzi könüllü qərarlar üçün beş il müəyyən edilir”.
Naxçıvan və Erivana ermənilərin köçürülməsini təşkil etmək üçün köçürmə komitəsi yaradıldı. Köçürülənlərə böyük imtiyazlar və üstünlüklər verildi: 6 il vergi ödəmək və hərbi xidmətdən azad edildi, İrandan alınan ianələr hesabına müavinət ödənildi və s.
hazırlıq fəaliyyətlərindən sonra köçürülmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər idi. 1828-1829-cu illərdəki Rusiya-Türkiyə müharibəsi zamanı və sonrasında 90 min erməni Türkiyədən köçürüldü. Ermənilərin Türkiyədən və digər şərq dövlətlərindən köçürülməsi sonrakı dövrdə də davam etdi.
Köçürmənin əsas istiaməti Cənubi Qafqaz idi.
1911-ci ildə rus bioloq, sahibkar və ictimai xadim N.N. Shavrov (1858 — 1915) yazırdı: “Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən köçürülmüşdür.”
Ermənilərin Qafqazlara köçürülməsi zamanı onların dəqiq harada yerləşdiriləcəyinə xüsusi diqqət yetirilirdi. A.S. Griboyedov yazırdı: “Rus ordusunun ələ keçirdiyi bölgələr – Təbriz, Xoy, Salmaz, Marağadan olan bütün erməniləri Naxçıvan, Erivan və Qarabağ bölgəsində yerləşdirmək lazımdır”. A. S. Griboyedovun bu tövsiyəsi kifayət qədər “layiqincə” yerinə yetirildi.
- N. Şavrov yazırdı: “Ermənilər əsasən onların az olduqları Elizavetpol (Gəncə) və Erivan vilayətinin məhsuldar torpaqlarında yerləşdilər. Elizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri də bu ermənilər tərəfindən məskunlaşmışdı”.
Beləliklə, bu ərazilərin etnik tərkibi ermənilərin məskunlaşması nəticəsində köklü dəyişməyə başlayır.
1823-cü il məlumatlarına görə, Qarabağ bölgəsindəki (keçmiş Qarabağ Xanlığının ərazisi) 20 min ailədən yalnız 1,5 mini erməni ailəsi olmuşdur. Köçürülmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə Qarabağ əhalisinin 64,8% azərbaycanlılar, 34,8% ermənilər idi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirildi.
19-cu əsrin 80-ci illərində Şuşa mahalının etnik tərkibini azərbaycanlılar 41,5%, ermənilər isə 58,2% təşkil edirdi.
1897-ci ildə Rusiya əhalisinin siyahıya alınmasına görə, bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% idi.
1926, 1959, 1970, 1979 sayımlarına görə. DQMV-nin azəri və erməni əhalisi müvafiq olaraq% 10,1 və 89,1%; 13.8 və 84.4%; 18.1 və% 80.5; 23.0 və% 75.9.
Siyahıya alınma | Azərbaycanlılar – % faizlə | Ermənilər – % faizlə |
1832-ci il | 64,8 | 34, 8 |
1880-ci il Şuşa mahalının etnik tərkibi | 41,5 | 58,2 |
1897-ci il | 45 | 53 |
1917-ci il | 40,2 | 52,3 |
1929-cu il | 10,1 | 89,1 |
1959-cu il | 13.8 | 84.4 |
1970-ci il | 18.1 | 80.5 |
1979-cu il | 23.0 | 75.9. |
Cədvəldən göründüyü kimi 1828-ci ildən sonra Çar Rusiyasının azərbaycanlılara qarşı etnosoyqırım siyasəti nəticəsində erməni əhalisinin sayının artırılmasına nail olunmuşdur. Bu etnosoyqırım xüsusən Sovet Rusiyası dövründə daha amansız olmuşdur. Belə ki, Azərbaycan xalqı nəinki Qərbi Azərbaycan və Dağlıq Qarabağda torpaq itkisinə, o cümlədən bolşevik-erməni cinayətkarları tərəfindən soyqırıma da məruz qalmışdır. 1918-1929-ci illər arasında Azərbaycan əhalisinin 30-32 faizini, torpaqlarının 41 faizini itirmişdir.
1978-ci ildə Dağlıq Qarabağ erməniləri köçürülmələrinin 150 illiyini qeyd edərək və bunun şərəfinə Ağdərə bölgəsinin Marağa kəndində “Marağa-150” adlı bir abidə ucaldıldı. . Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlanğıcı ilə Marağa-150 abidəsi 1988-ci ildə ermənilər tərəfindən söküldü.
Gördüyümüz kimi, ermənilər öz qeyri-insani, satqınlıqları və “erməni itaəti” ilə Qərbdən və Rusiyadan Azərbaycan torpaqlarında öz dövlətini yaratmağa, erməniləri Qafqazda Avropa və Rusiya tərəfindən “avtoxton” millət kimi tanınmağa və Şərq tarixinin ermənilərin xeyrinə yenidən yazılmasına nail olublar.
Yalnız müsəlmanlar məzlum vəziyyətdə qaldılar, “əzabkeş” erməni xalqı isə cəmi 2 əsrdən artıq müddətdə 1 milyondan artıq dinc azərbaycanlının həyatına son qoydu, İrəvan, Göyçə, Zəngəzur, Qarabağ müsəlman mədəniyyətini dağıtdı, qədim məscidləri, sarayları, qəbiristanlıqları, abidələri məhv etdi…
Buna baxmayaraq, bütün dünya onlara silah və ərzaq yardımı ilə “kasıb” ermənilərə rəğbət bəsləyir, Rusiya ermənilərə sadəcə qonşularına “strateji” müttəfiq adı ilə “yaxşılıq” kimi silah hədiyyə edir, ABŞ Baydenin timsalında “uydurma erməni soyqırımını” tanıyır, Fransa prezidenti və Senat rəhbərliyi səviyyəsində isə erməni işgalşılarına mənəvi dəstək verilir. Vətən müharibəsinin qızğın çağında Fransa parlamentinin Ali palatası – Senat separatçı Qarabağın müstəqilliyini tanıyıb. Amma Bakıda bunu Azərbaycanın hücumları dayandırmasına, yeniden danışıqlar masası arxasına qayıtmaq təsir üsulu və ya daha çox məcburiyyət kimi qəbul etdilər.
Lakin məlum olur ki, Qərb və ilk növbədə Fransa çox böyük hədəflər güdür. Fransa qabaqlayıcı tədbirlə kifayətlənmir və məsələni daha qabarıq qoyur – Qarabağın müstəqilliyi tanınmalıdır. Belə çıxır ki, Senatın qətnaməsi xəbərdarlıq tədbiri deyil, gələcəyə qoyulmuş minadır! Fransa Senatının sədri Jerar Larşe daha irəli gedərək açıq şəkildə bildirib ki, Fransa parlamentinin iki palatası icra hakimiyyətindən Qarabağın tanınmasına nail olacaq. Bu bəyanat 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı”kimi tanıyan ABŞ prezidenti Baydenin müraciəti ilə üst-üstə düşdü.
Fransa hökumətinin qanunverici qolunun rəhbəri olan Senatın ardınca rəsmi Parisin mövqeyi də ortaya çıxdı. Dövlət katibi Jan-Batist Lemuan açıq şəkildə bəyan edib ki, Fransa Ermənistanı tam dəstəkləyir, Azərbaycanın Qarabağda hərbi əməliyyatları isə Suriya yaraqlılarının terroru kimi qəbul edilir.
Parisin və Vaşinqtonun bəyanatı başqa reallıqdan xəbər verir – Qarabağ müharibəsi yenicə başlayır.
Beləliklə, Ermənistana açıq dəstək verən kollektiv Qərbin son bəyanatları regionda gərginliyi daha da artırıb. Və bu gərginlik artacaq. Regionda nüfuz uğrunda Rusiya, Qərb və Türkiyə arasında fərqli mübarizə kəskinləşəcək. Bu baxımdan, nəyinsə tanınması məsələsi siyasi, hərbi və Diplomatik əhəmiyyətini itirir. Təkcə ona görə yox ki, Qarabağda erməni separatçılarının və Rusiya sülhməramlılarının nəzarəti altında kiçik bir torpaq sahəsi qalıb. Lakin bu “tanınmanı” Beynəlxalq Hüquq baxımından da əsaslandırmaq çətin olacaq. Beynəlxalq birlik Azərbaycanın bütövlüyünü şərtsiz qaydada tanıyır. Fransa beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edən qərarını necə izah edəcək? Üstəlik, Ermənistanın özü separatçı qurumu tanımağa cəsarət etmədi.
Son bəyanatlardan görünür ki, Azərbaycan yaxın gələcəkdə Qarabağda baş vermiş müharibədən də daha sərt şəkildə olacaq, diplomatik və informasiya müharibəsinə hazırlaşmalıdır.
Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü