Çindən ortalığı qarışdıran həmlə!

26/12/16 8:48

Çinin tarixdəki ilk təyyarə gəmisi Sakit Okeanının qərbinə doğru hərəkət etdi. Başda Yaponiya olmaq üzrə digər ölkələr hərəkətə keçdi.

Liaoninq adı verilən gəmi, Çinin açıq sulara qoyduğu ilk təyyarə gəmisi olma xüsusiyyətini daşıyır. Çinin rəsmi dövlət agentliyi Xinhuay -ın verdiyi məlumata görə içərisində Liaoninq təyyarə gəmisinin də olduğu bir dəniz donanmasının Sakit Okeanının qərb hissəsində yerləşdiyini bildirib. Gəminin bu hərəkətinin arxasında son zamanlar rəsmi Pekinin gərgin münasibətlərdə olduğu və Pekin tərəfindən separatçı kimi qəbul edilən Tayvana qarşı bir hücum olduğu güman edilir.

YAPONİYA HƏRƏKƏTƏ KEÇDİ!

Donanmanın Yaponiyanın Miyako və Okinava adalarının yaxınlığından keçməsi bu ölkəni də hərəkətə keçirdi. Yaponiyanın Müdafiə Nazirliyi ölkəsinin su sərhədlərinin pozulmadığını lakin təyyarə gəmisinin də olduğu, dağıdıcı və freqatları də ehtiva edən səkkiz gəmilik Çin hərbi donanmasının müşahidə olunduğunu bildirdib. Çinin xüsusilə Cənubi Çin Dənizi ətrafındakı hərbi gücünü artırmasının, bölgədə yaşayan ölkələrlə münasibətlərdə münaqişələrə səbəb olacağı xofu yaşanır. ABŞ-ın yeni prezidenti Donald Trumpın seçki qələbəsi sonrası Tayvanlı şəxslərlə görüşməsi isəÇin ilə münasibətlərdə gərginliyə yol açıb və Trump ölkəsinin “Vahid Çin” siyasətini tənqid etmişdi.