Türk xalqlarının tarixində mühün əhəmiyyətə malik “Oğuz Xaqan”dastanında Tanrı oğlu funksiyasının bir hissəsini Boz Qurd,bir hissəsini Oğuz Xan yerinə yetirir.
Eyni ilə türk elinin xilaskarı Oğuz Xan və Boz Qurddur.
Xilaskarlıq ,yol göstərmək funksiyasını Boz Qurd,el qurmaq,dünyanın dörd bir tərəfini tutub dövlət qurmaq missiyasını isə Oğuz Xan yerinə yetirir.Oğuzun Qurd atributları ,Oğuz-Qurd paralelliyi də bundan irəli gəlir.
İlk anda Boz Qurdun Oğuz simaında təzahür etdiyi şübhə doğurmur .Oğuzçuluq ideologiyasının təsiri ilə yenidən qurulan dastanda,Oğuz Qurddan daha çox peyğəmbər,fateh yükü ilə yüklənib.Bozqır türklərinin arasında geniş yayılan Boz Qurd mifləri ,tədricən Boz Qurd dastanı kimi formalaşdı.Göy Türklər dövründə isə Boz Qurd əcdad-xilaskar kimi rəsmi olaraq dövlət atributları cərgəsinə daxil oldu.Hakimiyyətdə olan türk Aşina sülaləsi qurdu özlərinin ana əcdadları elan etdilər.Bu ənənəni uyğurlarda davam etdirdilər.
Qurd başının bayraqda görünməsi ,artıq Boz Qurdun rəsmi əcdad-xilaskar statusunu müəyyənləşdirdi.Türk tayfaları isə evlərini və ailəsini yaman ruhlardan qorumaq üçün alaçıqlarının qabağında qurd başı və ya qurd dişi asırdılar.Bu faktı şaman folkloru da təsdiqləyir.
Tarixi salnamələrdə Çingiz Xanın atası ölərkən günəş kimi yanıb ,qurd şəklinə düşən Düyün Bayandır .(Çingiz Xan dastanı.s.250).
Yakut şamanları Qurdu hörmətlə “Tanrı oğlu” (Tanqara yola) deyə çağırırdılar.
Anadolu və Azərbaycanda qurdun parçaladığı heyvanı murdar hesab etmirlər.
Türklər əcdadlarının silahlarının,atlarının xilaskarının göydən endiyinə inanırdılar.
Cahan dövləti qurmaq şüuru da bu idi.
Türkün tanrıya yaxın olması ,Tanrının sevimlisi olması ideyası Orxon-Yenisey yazılarında,M.Kaşğarlı divanlarında da aydın görünür.
İslamdan sonra ,türk-müsəlman ənənəsində Oğuz Xanın peyğəmbərləşdirilməsi ,Boz Qurdun şəcərədən çıxarılması ilə nəticələndi.
Boz Qurdun xilaskar funksiyası bir sıra dastan qəhrəmanlarının simasında təzahür edilir.Bu baxımdan Ağ atlı oğlan,Koroğlu,Manas obrazları səciyyəvidir..Koroğlunun “qurd oğluyam”və ya “adım qurd oldu,qurd oldu” deməsi Boz Qurdun xilaskarlıq funksiyasıdır.
Manas dastan boyu Gök Börü kimi təriflənir.Qurd obrazı kimi qırğızları kalmıkların əsarətindən xilas edib.
Qaqauzlar indi də hər il “Qurd bayramı “keçirirlər
Qurda yalvararaq onları yaman ruhlardan qorumalarını istəyirlər.Qurd türkləri xilas etməklə (ERGENEKON) həm də Tanrı yurdunu qoruyur.
Boz Qurd Oğuzda doğulub,Manasda atributlaşır,Koroğluda simvillaşır.
Şahlar Hacıyev