YALAN VƏ HƏQİQƏT!

02/01/22 12:33

(Əvvəli: https://fedai.az/?p=57943https://fedai.az/?p=58075)

Laçınlı bir müəllimin yazmış olduğu məqaləni sizlərə təkrarən təqdim edirik…

“İyirmidördlü”lər kimdir?…

Bəzi müasir yazılarda Dağlıq Qarabağ ətrafında, Qarabağın düzənlik hissəsində “iyirmidördlü” adlı kürd tayfasının yaşadığı qeyd olunur. Bu məsələdə istinad edilən yeganə mənbə Şərəfxan Bitlisinin “Şərəfnamə” əsəridir (rus dilində olan nəşr). Ş. Bitlisi bu əsəri 1597- ci ildə fars dilində yazmışdır. Əlyazması dörd kitab olan əsər iki cilddən ibarət olmaqla, birinci cild 1967- ci ildə, ikinci cild isə 1976- cı ildə rus dilində Moskvada nəşr olunmuşdur. “Şərəfnamə”nin birinci cildində (səh. 369-370) belə yazılıb: “Oстальные двадцать четыре курдских рода проживает в Арранском Карабахе и известны под общим названием игирмидорт”.

Araşdırmalar göstərir ki, Şərəfxanın öz qələmindən çıxan ilk nüsxədə belə fikrin yazılması ağlabatan deyildir. Çünki müəllif bu əsərində öz dövründəki (XVI əsr) mövcud və ona yaxşı tanış olan bütün kürd tayfalarının (həm Türkiyə-Osmanlı imperiyasında, həm də İran İmperiyasında (o zaman Şimali Azərbaycan İran tabeliyində idi) hamısı haqqında (adlarını qeyd etməklə) lazımi, geniş məlumat vermişdir.

Əsər özünün unikallığı baxımından çox dəyərli olmaqla, bu gün də əhəmiyyətini saxlayır və kürd xalqı haqqında ilk əsas yazılı tarixi mənbə (səlnamə) sayılır. Kürd xalqının etnoqrafik tarixi ilə məşğul olan hər bir tədqiqatçı əsasən həmin mənbəyə istinad edir, həqiqətən də onsuz keçinə bilmir. Sizin üçün maraqlı olacağını nəzərə alaraq aşağıda həmin tayfaların adlarını əsərdə (tərcümədə) yazıldığı kimi veririk :
Ruzaki (Rojki)
Bodjnava
Boxti
Malkişi
Zraki
Mukri
Namiran
Bilbasi
Kavalisi
Pozuki
Mirdasi
Süleymani
Maxmudi
Dumbuli (Domboli)
Beradost
Kalxor
Surçi
Baban
Suvaydi
Basyan (Besyan)
Çiqni
Siyax-mansur
Zarza
Azizan
(I hissə səh. 2, 23, 68)
Şərəfxan daha sonra yazır: “Названия остальных курдских племен Ирана…таковы”:
Lek
Zend
Qilani
Aminlu
Pazuki
Babi
Ruzbaxan
Matildj
Xasri
Şaxrazuri
Mazyar
Mamluy
Qedj
Qurani
Zikti
Kaladcir
Çemezqezek
Arabqirlu
və sair (I hissə, səh. 9, 369-370)
(Yuxarıdakılardan göründüyü kimi Ş. Bitlisinin “Şərəfnamə”sində İ. Şopenin kürd kimi qeyd etdiyi tayfalardan heç birinin, habelə “iyirmidördlü”lərin adı çəkilmir).
Araşdırmalar göstərir ki:


— “iyirmidördlü” tayfası kürd olsaydı Şərəfxan onların hansı tayfalardan ibarət olmasını sadalayardı.

— İyirmidörd azərbaycan (türk) sözüdür və bu özü həmin tayfaların türkdilli, türk tayfaları olduğuna sübutdur. Görkəmli tarixçi Petruşevski “Oçerki” əsərinin 135-ci səhifəsində yazır: “игирми дорт — азерб. двадцать четыре искусственное образование из 24 осколков кочевых племен”.

— “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” Bakı, 2000- ci il və Faruq Sumər – “Oğuzlar” Bakı, 1992 ci il kitablarının nəşri bu sahədəki yanlışlıqlara bir aydınlıq gətirməklə Azərbaycan tarixinin tədqiqinə əvəzsiz bir töhfə vermişdir. “…müfəssəl dəftər”də ön sözdə (səh. 20-21) bildirilir ki, nə farsdilli, nə də Osmanlı mənbələrində “iyirmidördlü” adında bir kürd tayfasına rast gəlinmir. “İyirmidördlü”lər haqqında dolğun məlumat 159 cü ildə, “Şərəfnamə”nin yazılıb tamamlanmasından hələ dörd il əvvəl Osmanlılar tərəfindən tərtib edilmiş “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”ndə verilib. Bu tayfalar aşağıda göstərilənlər olmuşdur:

Yasavullu
Əlişarlı
Sarıhacılı
Bəxşeyişli
Yollu
Bəxtiyarlı
Toxacılu
Dədəxəlilli
Tobulu
Tərəli
Molla Əlili
Zeydi-Zəng
Dərəbəyli
Varvara
Zeyd
Gədə Əhmədli
Alpaut
Göyçəliyi-Varvara
Köçəli
Pir Mahmudlu
Dördlər
Dürhəsənli
Ərəbli
Xəlləcan
“İcmal dəftəri”ndə “İyirmidördlü”lərin «Tərəkimati Qarabağ» (Qarabağ tərəkəmələri) olduğu xüsusi vurğulanmışdır. Tərəkəmə sözü ərəblər tərəfindən məxsusən yalnız köçəri oğuz tayfalarına verilmiş addır. Tərəkəmə ərəbcə cəm formasında türkmanlar deməkdir. Deməli, “İyirmidördlü”lər əsl azərbaycanlılardır, daha dəqiqi Oğuz türkləridir. Görünür ermənilərin “icmal” və “müfəssəl” dəftərlərdən xəbəri olmayıb, yoxsa belə ağ yalana əl atmazdılar.

— Bəzi mənbələr “İyirmidördlü”lərin Qacar tayfalarına mənsub olmalarını bildirir. Bu doğrudur, ona görə ki, o zaman Gəncə-Qarabağ bəylərbəyliyi əhalisinin əsasını Qacar tayfaları təşkil edirdi. Tarixi mənbələr göstərir ki, Qacar tayfaları Əmir Teymurun vaxtında (teymurilərin) (1370-1478) və sonralar, Sultan Həsən Ağqoyunlunun (Uzun Həsən) (1453-1478) hökmranlığı zamanında Diyarbəkrdən dağılaraq Qarabağ, Gəncə və İrəvan ərazilərində məskunlaşmışdılar. “İyirmidördlü”lərin Gəncəbasarda yaşaması da bu səbəbdən idi. Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyində Qacar tayfasının Ziyadoğullular qolunun, kiçik zaman fasiləsi istisna olmaqla, XVI əsrin 50-ci illərindən Nadir şah Əfşarın (1736-47) taxt-tacı ələ keçirməsinə qədər hakimiyyət sürməsi də bunu deməyə əsas verir.


— Kəmaləddin Daşqıran “Keçmişdən günümüzə Qarabağ məsələsi”. Ankara. 1995 ci il. əsərinin 11 ci səhifəsində statist Mogilyevski və Gürcüstan general valisi polkovnik Yermolov tərəfindən 1823-cü ildə hazırlanmış hesabatda Qarabağ xanlığının aşağdakı 17 mahala bölündüyü göstərilir:

Sisian
Dəmirçi-Aslanlı
Küpara
Bərgüşad
Bahabyurd
Kəbirli
Talış
Cavanşir
Xaçın
Çiləbörd
Xırda-para Dizax
Dizax
Otuziki
İyirmidörd
Qaraçorlu
Vərənd
Açan-türk

Tatev

Psian

Kolanı

Dizax-Cavanşir…

Bu mahallardan 12 də yalnız azərbaycanlıların, qalan 5 də (Dizax, Vərəndə, Çiləbörd, Xaçın və Talış) isə həm azərbaycanlıların, həm də ermənilərin yaşadıqları göstərilir. Orjinalda («Описание Карабахской провинции») Qarabağ əyalətinin 21 mahaldan ibarət olduğu qeyd olunub.— Petr Lex «Исследование об Иранских курдах, их предках, северных халдеях» книга I. Спб 1856 г. əsərindən (səh.20-121) müəllifin Şərəfxan Bidlisinin “Şərəfnamə”sinin əlyazmalarının 4- nə də ətraflı, dərindən bələd olduğu aydın görünür ki, Petr Lex o zaman görkəmli kürdşünas olub. “Şərəfnamə”nin əlyazmasında “İyirmidördlü”lər haqqında yazılsa idi, Petr Lex öz 3 cildlik əsərində bu barədə qeyd edərdi.

Petr Lex I kitabın 88- ci səhifəsində yazır: «В России курдские племена встречаются в Карабахе…» Həmin qeydi o, “Şərəfnamə”yə istinadən yox, «Обозрение российских владений за Кавказом». 1839-cu il.kitabın III hissəsinə (səh. 274-277) istinadən yazır. Həmin kitabda Qarabağda 320 kürd ailəsinin yaşadığı yazılıb, dəqiq yer göstərilməyib və hər hansı tayfa adı qeyd olunmayıb.

Petr Lex ikinci kitabında (1857 -ci il. səh. 4) yazır: «Сверх того уже окончено французский перевод истории курдов «Шерефнаме» русским ориенталистом бывшим воспитанником Казанского Университета; можно предполагать, что этот перевод удовлетворить требованиям наука. Остается желать еще издание самого текста исторического памятника, лучший экземпляр которого, поправленный самим автором, хранится, как известно в Императорский Публичной Библиотеке».

— Dünyanın əlyazmaları saxlanclarının kataloqlarında “Şərəfnamə”nin 22 nüsxəsi qeyd olunub. Ümumiyyətlə, əlyazmalara məqsədli olaraq əlavələr edilməsi mümkündür. Dünyada belə üsuldan həmişə istifadə olunub və ermənilərin bu sahədə olduqca mahir olmaları dünya elm ictimaiyyətinə məlumdur. Rus dilinə tərcümə edilmiş “Şərəfnamə”də redaksiya heyətinin 3 üzvünün – A. S. Xaçikyan, K. N. Yüzbaşyan və L. T. Gözəlyanın (məsul redaktor) milliyətcə erməni olmaları bunu bir daha təsdiq edir. Tərcüməçi E. İ. Vasilyeva nədənsə “Şərəfnamə nin birinci cildində 17- ci səhifədə yazıb: «Наиболее точная…самая ценная…хранится в Бодлеанской библиотеке Оксфорда» (İngiltərə).

Onu da qeyd etmək lazımdır ki, əsasən rus dilinə tərcüməsində onun 1873- cü ildə Peterburqda nəşr edilmiş fransız dilinə tərcümə nüsxəsindən də (yuxarıda qeyd olunan) istifadə olunub. Inamla demək olar ki, Qarabağ ətrafında “İyirmidördlü” kürd tayfasının yaşaması barədə fikir bu tərcüməyə əlavə edilib. Məhz buna əsaslanıb Ş. Bitlisinin belə yazmasını qeyd edirlər (Bu fikir “Şərəfnamə”nin Qahirə nəşrində də (1930- cu il) verilib). A. Bukşpanın «Азербайджанские курды» Baku-1932. əsərindən də bunu aydın duymaq olur. “Şərəfnamə”nin əlyazmasında “İyirmidördlü” kürd tayfasının hansı tayfalardan ibarət olması haqqında heç bir məlumat olmadığı halda, onun fransız dilinə tərcüməçisi və şəhrçisi ağ yalana əl ataraq bu tayfaların Ş. Bidlisinin vaxtında burada yerləşdirildiklərini və adlarını çox yer tutduğu üçün yazmadığını qeyd edir. Bukşpan yazır: «Мы не находим у Шерефеддина сведений о численности курдов по этом районам в современную ему эпоху»

“Qarabağ əyalətinin təsviri”nə bir baxış

1882- ci ildə Qarabağ xanı Mehdiqulu xan İrana qaçdıqdan sonra çar hökuməti Qarabağ xanlığını ləğv edərək onu Rusiyanın mülkiyyəti elan edir və Qarabağ əyaləti adlandırır. 1823- cü ildə Qafqaz canişini polkovnik Yermolovun sərəncamı ilə statist Mogilyov tərəfindən “Qarabağ əyalətinin təsviri” tərtib edilir (Описание Карабахской провинции. Составленное въ 1823 году по распоряжению главноуправляющего въ Грузии Ермолова. Тифлис. 1886 г).


“Təsvir”ə əsasən müəyyən etmək olur ki, çox sonralar (1868- ci ildə) yaradılmış Zəngəzur qəzasının əhatə etdiyi əraziyə keçmiş Qarabağ xanlığının əsasən aşağıdakı mahallarının ərazisi daxil olub:

1. Sisian
2. Kupara
3. Bərgüşad
4. Bhabyurt (Vahabyurd)
5. Tatev
6. Xaçının bir hissəsi (Mağavız mahalı və s.)
7. Püsyan
8. Çüləndərin bir hissəsi
9. Qaraçorlu
10. Acan-türk

“Təsvir”də həmin mahalların əhatə etdiyi ərazidə 85 kənd qeyd olunub ki, onlardan 46-da (54,01 %) tatarların (azərbaycanlıların), 37-də ermənilərin (43,5%), 2-də (2,3%) isə həm tatarların, həm də ermənilərin (qarışıq) yaşadığı göstərilib. Aşağıda həmin kəndlərin müasir dövrdə (1992- ci ildə) mənsub olduqları rayonlar göstərilməklə adları verilir:
Tatar (azərbaycanlı) kəndləri:

Şıxlar (Sisian-Ermənistan)
Ərəfsə (Sisian-Ermənistan)
Sisian (Sisian-Ermənistan)
Uz (Sisian-Ermənistan)
Urud (Sisian-Ermənistan)
Qurdlar (Sisian-Ermənistan)
Dastagert (Sisian-Ermənistan)
Ağadü (Sisian-Ermənistan)
Vağadü (Sisian-Ermənistan)
Qarakilsə (Sisan-Ermənistan)
Şəki (Sisian-Ermənistan)
Bərgüşad (Qubadlı)
Kavdadıx (Qubadlı)
Xəndək (Qubadlı)
Qubadlı (Qubadlı)
Yuxarı hal (Qubadlı)
Angelaut
Cicimli (Laçın)
Quşçular
Üdgün gödəkli (Zəngilan)
Baydaxlı (Zəngilan)
Keyik
Qayalı (Qubadlı)
Qovxar (Qubadlı)
Dəmirçilər (Qubadlı)
Qaziannı (Qubadlı)
Əliqulu uşağı (Qubadlı)
Qaraçəmənli
Bəxtiyarlı (Qubadlı)
Qatar
Muşulan (Zəngilan)
Zeygilan (Zəngilan)
İordaxlı (Qubadlı)
Xannıxlar (Qubadlı)
Şıxavat (Qubadlı)
Qaradəmirçi
Xalaç (Qubadlı)
Şəfibəyli (Zəngilan)
Şağarcik
Genlik (Zəngilan)
Emezli (Zəngilan)
Çubanlı
Oxtarlı
Tavrus
Qaradağ

Erməni kəndləri:

Pirnaut (Sisian-Ermənistan)
Axlatian (Sisian-Ermənistan)
Əröüş (Gorus-Ermənistan)
Harallı (Laçın-Azərbaycan-Aşağı Fərəcan kəndi)
Məzməzək (Laçın-Azərbaycan)
Sust (Laçın-Azərbaycan)
Xənəzək (Gorus-Ermənistan)
Əyərək (Ermənistan)
Sirkətas (Ermənistan)
İrsəvanik (Ermənistan)
Çaini (Ermənistan)
Mülkücan (Ermənistan)
Sevəklər (Ermənistan)
Aranzəmin (Ermənistan)
Yenikənd (Ermənistan)
Çırax-uz (Ermənistan)
Ucanis (Ermənistan)
Gorundzor (Gorus-Ermənistan)
Xot (Ermənistan)
Tatev (Sisian-Ermənistan)
Şinataq (Gorus-Ermənistan)
Şinger (Gorus-Ermənistan)
Qalazur (Ermənistan)
Lor (Ermənistan)
Danzatap (Ermənistan)
Qor (Ermənistan)
Gorus (Gorus-Ermənistan)
Xindzorek (Gorus-Ermənistan)
Əliqulu-kənd (Laçın-Azərbaycan)
Dığ (Gorus-Ermənistan)
Şəlvə (Laçın-Azərbaycan)
Gevart (Ermənistan)
Nuraşenik (Ermənistan)
Arcazur (Ermənistan)
Axtaxana (Ermənistan)
Təngbulaq (Ermənistan)
Xotanan (Ermənistan)

Qarışıq kəndlər:

Dulyus (Ermənistan)
Xocahan (Qubadlı)

“Təsvir”dən görünür ki, o zaman (1823- cü il) həmin ərazidə cəmi 4582 ailə, o cümlədən 22910 nəfər yaşayırmış. Onlardan:


Tatar (azərbaycan türkləri) kəndlərində 977 ailə, 4225 nədər (21,3%)
Erməni kəndlərində 1332 ailə, 6660 nəfər (29%)
Köçərilər 2188 ailə, 10940 nəfər (47,7%) olmuşdur.


“Təsvir”də adı olaraq 48 köçəri tayfa (qrup) göstərilmişdir ki, onlardan yalnız birinin kürd olduğu (86 ailə) qeyd edilmiş və bütün mahala (Qaraçorlu) yayıldıqları yazılmışdır (səh. 286).


“Təsvir”dəki köçəri tayfalar (qruplar) aşağıdakılardan ibarət olmuşdur:

Köçərilər:

Müsəlmanlar
Zabux
Əliyanlı
Tatar
Xoca-Musaxlı
Eyvaz-Sərkar
Zodumanlı
Çullu
Zaman
İbrahim
Gülməmməd
Qasım
Vəli
Molla Nağdalı
Talıb
Novruz-Dilənçi
Sofulu
Bahabyurd
Sarallı
Gigili
Hacısamlı
Cinli
Binə
Kəlbalayı Diməhməd
Behbudalı
Psax
Şeylanlı
Təhməzli
Kürd
Qayalı
Ələm Qulu
Xıdır
Hüseyn-Əli
Zilanlı
Məmməd-Hüseyn Sultan
Əbdinə
Tərəkəmə
Ağarza
Kordaxlı
Babalı
Sultanlı
Hacallı
Gəloxçu
Şadmanlı
Seyidlər
Oruc
Korcalanlı
Ağa Məhəmməd

Bu tayfa qruplardan yalnız köçəri Zilanlı və köçəri Kürd tayfaları kürd olmuşlar. (Qeyd: Paskeviçin hücumlarıyla bağlı yazılmış rus mənbələrində də kürdlərin Osmanlıda yaşaması aşkar yazılıb və xüsusən də Zilanlı tayfası ilə bağlı «Курды в войнах России с Персией и Турцией (Аверьянов)/1900 (ДО)/Глава III» yazılıb: «Въ числѣ курдовъ Мушскаго пашалыка находилось болѣе 2 т. семействъ аширета Зиланлы, тавъ вѣрно служившаго въ войну 26—28 годовъ Эривансвому сардару, а послѣ этой войны большей частью выселившагося изъ Эриванскаго ханства, присоединеннаго въ Россіи»-red.).


Laçın rayonunun Şeylanlı kəndində yaşayan indiki kürd əhalisinin yuxarıda qeyd olunan Şeylanlı tayfası ilə heç bir bağlılığı yoxdur. Kəndin əhalisi bu əraziyə sonralar köçüb gəlmişlər. Ehtimal ki, bu kənddə əvvəllər türkdilli Şeylanlı tayfası yaşayırmış və kənd onların adı ilə adlanırmış. Buraya sonralar köçüb məskunlaşmış kürd əhalisi kəndin adını Şüylanlı adlandırmışlar. Müasir dövrümüzdəki şeylanlılar “ağ körpülülər”dəndir. Bir tarixi mənbəyə istinadən əsl şeylanlıların XIX əsrin birinci yarısında indiki Kəlbəcər rayonu ərazisinə köçüb gəlmələrini demək olar.

Araşdırılan mənbələrdə:

1. “Şəcərəyi-tərakimə” Balxan dağlarında (indiki Türkmənistan Respublikası) qədimdən bəri yaşayan türkmən oymaqlarından Oxlu, Göylü və Sultanlının adı çəkilir.
2. “Oxlu türkməni”nin adı XVI əsrə aid Səfəvi mənbələrində Eymür (Eymir), Salur və Göylənlərlə birlikdə çəkilir.
3. “İki çay arasına (Orta Asiyadakı Sır-dərya və Amu-Dərya çayları nəzərdə tutulur) gələn Salurlar Ohlu (Oxlu) və Eymürlərlə birlikdə yaşayırdılar”. Oxlu türkmənlər Eymür (Eymir) boyuna mənsub olub. Iranda Astrabad vilayətində yaşayan Oxlu türkmənləri hakimiyyətə itaətsizlik göstərirdilər. (Keçmiş zamanlarda hakimiyyətə itaətsizlik göstərən tayfaların yaşadıqları ərazidən başqa əyalətlərə köçürülməsi bir cəza forması kimi tətbiq edilirdi).
4. Laçın rayonunda Şadmanlı adlanan tayfaların yaşadığı əsas kənd Qızılca kəndidir. Qızılca (Qızılca yalınc, Qızılca keçili) türkmən tayfası olub. Bayındır (Bayandur) türkmənlərinin bir boyu Qızılca adlanırmış. Onnların Türkiyənin indiki Muğla (keçmiş Məntəşə sancağı) vilayətindən gəlmələrini söyləmək olar. Türkiyədə də Qızılca adlı kənd vardır.
5. Laçın rayonunda Təhməzli adlanan tayfaların yaşadıqları əsas yaşayış məntəqələrindən biri Malıbəy kəndidir. XVIII əsrin əvvəlinə (1728- ci il) məxsus bir tarixi mənbədə o Muğlabəy adlanır. Çox ehtimal ki, bu kəndi Türkiyənin Muğla bölgəsindən köç edib gələnlər salmışlar.

6. 1855- ci il Qafqaz təqvimində (Кавказский календарь на 1856 г.) Hacısamlı, Təhməzli, Şadmanlı, Sultanlı və Gəloxçu tayfalarının tatarca (azərbaycanca) danışdıqları qeyd olunur.
7. Laçın rayonunun Malıbəy kənd sovetliyinə məxsus Kosalar (Ağoğlan) kəndinin (burada yaşayanlar da Təhməzli adlanır) türkmənlərin Çəpni boyuna məxsus Kosalar obası tərəfindən salınmasını söyləmək olar.
8. Laçın rayonunu Hüsülü (keçmiş adı Sultanlar) kəndinin də Sultanlı tayfasının adından yarandığını demək olar.
9. Mənbələrdən Oxlu və Sultanlı türkmənlərinin bir-birinə yaxın, qonşu olmaları götünür.
10. Kürdhacı (Qurdhacı) və Şamkənd kənd sovetliklərinin əhalisinə əsasən Qasımuşağı deyilir. Onların babalarının Türkiyənin Qasım bəyliyindən gəldiyini demək olar (Onlar özləri də ulu babalarının Türkiyədən gəldiklərini söyləyirlər). Kürdhacı sözü çox sonralar (sovetlər dövründə) yaranıb. əvvəl bu kənd Hacısamlı adlanıb. Yerli əhali isə indiki adı Qurdhaji deyə ifadə edirlər.
11. Laçın rayonunun Şamkənd kənd sovetliyində olan Bozdoğan kəndinin adı ehtimal ki, bu kəndin əsasını qoyan Türkmən İqdir (İğdır) boyuna məxsus Boz-doğan (doğan türkcə şahin quşunun adıdır) oymağının adından götürülmüşdür.
12. Laçın rayonunun Bülündüz kənd sovetliyinin (keçmiş Aybazar) əhatə etdiyi kəndlərin əhalisi Kavannı tayfası adlanır. Tarixi mənbələr göstərir ki, Kavannı tayfası Türkmən-Qacar elinin bir qoludur. Astrabad (İran) vilayətinin hakimi Fətəlin xan Qacar bu tayfadan çıxmışdır. Sonralar, 130 il (1746-1925) İran taxtında şahlıq edənlər (7 nəfər) Qacar sülaləsindən olmuşdur.

13. Əbülqazinin “Şəcəreyi tərakimə”sində türkmən rəvayətləri arasında oğuzların yurdu kimi Kazqurd ilə birlikdə Karaçukdan da bəhs edilir. Kazqurd tağı-Qazqurd dağı deməkdir. Bu ad ilə Qazıqurdalı adı arasında heç bir fərq görünmür. Qazıqurdalılar, daha doğrusu Qazıqurddağlılar tayfa olublar. Qazıqurdalı tayfası Laçındakı Qazıdərəsi kəninin əhalisi olmasına heç bir şübhə yoxdur.

HAŞİYƏ: 1885-86- cı illərə dair statistik materiallarda bütün Yelizavetpol (Gəncə quberniyası) üzrə 42 köçəri icma, onlardan 40 tatar kimi, 2 –si kürd kimi – 1 Ərəş (Ağdaş) qəzasında, biri isə Cəbrayıl qəzasında olduğu qeyd edilib. 40 köçəri tatar icmasının isə 19-nun Cəbrayıl qəzasında olduğu göstərilir. Zəngəzur qəzasında köçəri icmaların yaşadığı bu məlumatlarda öz əksini tapmayıb. Ehtimal etmək olar ki, keçən 65 il ərzində Zəngəzur qəzasında olan köçəri əhali oturaq həyat tərzinə keçməklə, daim yaşayış məskənləri – kəndlər salmışlar. Buna 1823- cü illə müqayisədə 1888 -ci ilə dair statistik hesabatlardakı yaşayış məskənlərinin sayının çox (yəni 300) olması da bu fikrə gəlməyə əsas verir.

(Ardı var)

Mənbə: Feadi.az