Qarabağ güclü olanındır. Ararat dağını ermənilərə vermək üçün Türkiyə prezidentini razı salın

02/01/22 1:20

TƏKRAR: Bu yazını 25 aprel 2019-cu ildə yayınlamışdıq. Bir rus şovinistinin ermənipərəst çərənləmələrini sizlərə təqdim etmişdik. Amma xəcalətdən boğula-boğula. İndi isə fəxarətlə təkrarlayırıq. Unutmayın!..

Redaksiyadan: Bəzi kosmopolitlər deyirlər ki, rus xalqı düşmənimiz deyil, amma Velikorus şovinizmi bütünlükdə düşmənimizdir. Velikorusluqdan imtina edə biləcək rus sayı barmaqla sayılır. Həm də deyirlər ki, erməni xalqı düşmənimiz deyil, amma «Böyük Ermənistan» kimi qondarma Sadom mafiyasının yaratdığı ideologiyanın əsiri və köləsi olanlar bizim düşmənlərimizdir. Nə yazıq ki, bu ideologiyaya əsir və kölə olmayan bircə nəfər də erməni yoxdur. Heç erməni əsilli də yoxdur.

Bu yazı «Naşa Armeniya»nın yayınladığı bir rus şovinistinin yazısıdır: «Арцах по праву сильного. Уговори турецкого президента отдать армянам гору Арарат» (Эдуард Лимонов, 16 апреля 2019, 07:57 — REGNUM ). «Другая Россия» partiyasının lideri Eduard Limonov Azərbaycan tərəfindən persona non-qrata elan edilib. Milli bolşevik Vladik Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatlarını şərh edirBu yazı ilə sizi baş-başa buraxırıq.

Biz o torpaqları geri ala bilməsək və bu lənət ləkəsini üzərimizdən təmizləməsək Allah bizə lənət eləsin…


Düşmən bu sözdə haqlıdır ki, Qarabağ güclü olanındır və Qarabağ kişi olanındır…

Vladimir Vladimiroviç Putinə məsləhət. Vladimir Vladimiroviç, Türkiyənin prezidenti Ərdoğana təsir imkanlarınız var. Türkiyə prezidentini yola gətirin Ararat dağını (5,165 metr) ermənilərə vermək üçün razılaşsın. Hər hansı bir yaxşılığınız əvəzinə. Əslində, Türklərin Ağrıya (Ararata) ehtiyacları yoxdur, amma ermənilərin Ağrıya (Ararata) çox ehtiyacları var.

Erməni dövlətçiliyi və millətinin simvolun olan Ağrı (Ararat) dağı, Ermənistanın sərhədindən 28 kilometr uzaqlıqda, soyuq küləklərin oynadığı Ərməniyə yaylasında yerləşir. Ermənilər əsrlər boyu bu addımdan çox xoşbəxt olacaqlar, əsrlər boyu Vladimir Vladimiroviçin portreti hər bir erməni evində divarları bəzəyəcək. Artıq Qarabağa (Artsaxa) yeni çəkilmiş yol mavi Göyçə (Sevan) gölündən (bir dəniz səviyyəsindən 1900 metr yüksəklikdə) yuxarı yüksəkliklərdə dolanaraq bir saatdan artıq vaxt gedir. Son dəfə 2017-ci ilin yayında bu yeni yolla getdim. Yalnız bu yol çılpaq və təhlükəli idi. İndi yol təmizlənib, uçrumları beton maneə döşəmələriylə bağlayıblar. Beş altı saatdan sonra biz Qarabağın paytaxtı Xankəndinə (Stepanakertə) çatdıq. Əslində, yerinə görə bu şəhər sonuncu «xristian dövlətinin» paytaxtıdır. Xristianlığın son forpostu. Moskvalılar da bu barədə düşünürlər. Hər tərəfdən İslam ölkələri ilə əhatələnib. Təkcə İran (Şiələrin yaşadığı) «Artsa-xa» (yazıda bu cür yazılıb) dost olsa da, bütün digər ölkələr, ilk növbədə də Azərbaycan düşməndir. Başqa necə yanaşa bilərlər ki? Bu torpaqlara kimin haqqı var, yalnız Qarabağlıların haqqı var. Qarabağ erməniləri (160 mindən az) yeddi milyonluq xalqdan güclü olub. Qarabağ xalqı bu yolda çox sayda insan ömrünü qurban verməyə hazırdılar və buna görə də bu torpaqlarda yaşamaq, onu becərmək hüququna malikdirlər. Güclü olduğunuz üçün üzr istəməyə ehtiyac yoxdur. Güclü olan Qarabağın sahibidir. (Mən bilirəm ki, Qarabağ xalqını ideallaşdırıram, amma mən belə istəyirəm, bu mənim xoşuma gəlir. Rusiya mənim fikrimcə, yetənlə dost olmağı arzulamamalıdır. Hər kəslə dost olmamalıyıq, biz kiminlə dost olduğumuzu seçməliyik. Qafqazda ermənidən başqa heç kimsəniz yoxdur).

Xankəndi (Stepanakert) şəhərinə Stepan Şaumyanın adı verilib, şəhər nisbətən yeni, təmiz, gözəl, hər şey ucuzdur. Əslində mən hərbi müxbirlərin bir qrupu ilə uçdmuşdum, əsas məqsədimiz, Qarabağ və Azərbaycan hərbçilərinin burun- buruna dayanaraq, hər zaman müharibənin başlanacağını gözləyən təmas xəttinə çıxmaq idi. Burada çox az adam bilir ki, Donbas müqavilələrindən də çox əvvəl bağlanmış sazişə də Minsk sazişi deyilmişdi. Donbasda olduğu kimi burada da müharibəni lənətlə anırlar. Biz əvvəlcə də orduya yabançı deyildik: deyirlər ki, indi vəziyyət gərgindir, olmaz, heç kimi buraxmırıq. Amma Stepanakertdəki yeni kilsənin açılışında, «prezident» mənimlə görüşdü və mənimlə söhbət etdi. «Prezidentdən» təmas xəttində olmağımıza icazə vermək üçün hərbi xidmətçılərə təzyiq göstərməsini xahiş etdim. Həll edildi. Biz icazə verilən hər şeyi aldıq. Sonrası isə hərbi sirr. «Artsax» respublikasına bu səfərdə xeyli biliklərlə zənginləşdim, xüsusilə də kopterlər (kiçik həcmli helikopterlər) haqqında çox şey öyrəndim.

Müşayiət etdiyim (ya da məni müşayiət edən) kameramanlar da kopterlər haqqında aşağıdakı məlumatları aldılar.
Birincisi, mən onların növləri, qiymətləri barədə məlumat aldım, onları fəaliyyətini gördüm.

İkincisi, kopterin ən pis düşmənləri, xüsusilə də, qartallardır. Onlar kopterlərə maraq göstərdiyini və onları ovlamaq üçün necə hücum etdiklərini öyrəndim.

Üçüncüsü, bir kopterin hücum silahına çevrilməsi üçün ən sadə resepti öyrəndim. Bir kopterdə adi bir stəkanda partlayışa hazır əl bombası quraşdırılır. Sənətkarlar, kopter yerə düşərkən şüşənin qırıldığı anda partlayış baş verir. Bu üsul hiyləgər İŞİD-çilər (Rusiyanın Federasiyasında fəaliyyəti qadağan edilmiş bir təşkilat) tərəfindən icad edilmişdir və indi Suriyada, Donbasda tənbəllik hiss etməyənlər tərəfindən istifadə olunur.

Biz yalnız Dadivank monastırı üzərində (V — XIII əsrlər) dinc məqsədlər üçün olan bir kopterdən istifadə etdik. İkinci dəfə Xankəndinin (Stepanakertin) mərkəzində yeni bir kilsə açıldığı zaman, daha sonra isə dəfələrlə dağıntıya məruz qalmış Şuşanın sərt mənzərəsini çəkmək üçün dinc məqsədlərlə istifadə etdik.

Mənbə: Fədai.az