Təşkilat Qazaxıstandakı vəziyyətdən narahatlığını bildirib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qazaxıstanda vəziyyəti sabitləşdirməyə və zorakılığa son qoymağa çağırır.
“İƏT Katibliyi Qazaxıstan Respublikasında baş verən hadisələri böyük narahatlıqla izləyir, çoxsaylı insan tələfatı və dövlət əmlakına ziyan vurulması ilə nəticələnən zorakılıq aktlarından narahatlığını ifadə edir”, – deyə təşkilat bildirib.
Mesajda daha sonra deyilir ki, İƏT Qazaxıstanda sakitliyə və zorakılığa son qoymağa çağırır.
Təşkilat ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələsində Qazaxıstanla həmrəydir.
Qazaxıstanda baş verən hadisələr
Qazaxıstanda vəziyyət yanvarın 2-də Janaozendə (ölkənin qərbində, Manqistau vilayətində şəhər) maye qazın qiymətlərinin kəskin artmasına qarşı mitinqlər başlayanda gərginləşib.
Daha sonra onlar iqtisadi və siyasi tələblərlə ölkə boyu kütləvi etirazlara çevrildilər.
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev baş nazir Askar Maminin rəhbərlik etdiyi hökumətin istefasını qəbul edərək, onu ölkədə maye qazın bahalaşmasına qarşı etirazlara görə məsuliyyət daşıyıb.
Dövlət başçısı çərşənbə günü xalqa müraciətində bildirib ki, o, Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etməyə başlayır və “mümkün qədər sərt davranmaq niyyətindədir”.
Həmin gün o, “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəməsi ilə KTMT rəhbərlərinə müraciət edib.
Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edilib.
Cümə axşamı, yanvarın 6-da KTMT Katibliyi Qazaxıstana hərbi kontingentin göndərildiyini elan edib. Onun tərkibinə Rusiya, Belarusiya, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.