Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Bəyanatı
Azərbaycan Milliyyətçi Demokrat Partiyası qardaş Qazaxstan Republikasında cərəyan edən hadisələri narahatçılıqla izləyir və uzun illərin əsarətindən sonra azadlığına qovuşan Qazax xalqının haqq, ədalət və azadlığı uğrunda mübarizədə onların yanında olduğunu bəyan edir. Rusiyanın Qazaxstan dövlətinə və xalqına qarşı həyata keçirdiyi siyasi müdaxiləni qanlı işğal kimi qətiyyətlə pisləyirik. Beynəlxalq hüquqa məhəl qoymadan Azadlıq, Ədalət və Demokratiq dəyərlər uğurunda mübarizə aparan özgür bir xalqın daxili işlərinə Rusiyanın silahlı müdaxiləsi regionun jandarm rolunu rəsmən öz üzərinə götürdüyünun imperiya siyasətinin rəsmən etirafıdır. Kazaxstan Respublikasının siyasi rəhbərliyi isə dünyanın ən universal təşkilatı olan Birləşmiş MillətlərTəşkilatı dura-dura KTMT-ə, yəni Rusiya Federasiyasına müraciət etməsini öz xalqına qarşı xəyanətdir, Rusiya dövlətinin xeyrinə öz xalqına qarşı casusluqdur.
Azərbaycan Milliyyətçi Demokrat Partiyası, Türk Dövlətlər Təşkilatı yarandıqdan sonra Rusiya imeryasının bu addımını, “Biz olmasaq yaşaya bilməzsiniz” siyasətinə yenidən dönməsinin uğursuz cəhdi kimi qiymətləndirir. Kazaxstan dövlətini yönəldənlərin Rusiyanın bu siyasətinə dəstək verməsi isə vətən namusundan nə qədər uzaq olduqlarının bir nümunəsidir.
Qazax Xalqının Azadlıq və müstəqillik yolunda ən etibarlı müttəfiqi qan qardaşları olan Türk Dövlətlər Təşkilatında birləşən xalqlardır,
AzMDP Qarabağda olduğu kimi, Qazaxstana da Rusiyanın silahlı müdaxiləsi Rusiya sərhədləri ətrafında daha bir düşmən qazanmasına, Orta Asiya Türk Cümhuriyyətlərinin müstəqillik və Türk Dövlətlər Təşkilatı ərtafında konsolidasiyasına güclü təkan verəcəkdir.
Azərbaycan Xalqı Qanlı Rusiya İmperiyasının belə həddini bilməz işğalçı basqının 1990-cı ildə 20 yanvar qanlı terrorunda yaşamışdır. Bu üzdən Qardaş Qazax xalqının bu anlar yaşadığı ağır məşəqqətli savaşı onun gələcək azadlığınının bədəli kimi dəyərləndirir və haqq mübarizəsində Qazax xalqı ilə birlikdə olduğumuzu bir daha bəyan edirik
Bakı Şəhəri
08.01.2022-ci il