“Ümumilikdə antiterror əməliyyatının kəskin mərhələsi keçib, bütün bölgələrdə vəziyyət stabildir. Bununla əlaqədar bəyan edirəm ki, KTMT qüvvələrinin əsas missiyası uğurla başa çatıb”, – deyə Tokayev bildirib.
Dövlət başçısı qeyd edib ki, geri çəkilmə prosesi 10 gündən çox olmayacaq.
Onun sözlərinə görə, cəmiyyətin birliyi metodik şəkildə pozulub, Milli Təhlükəsizlik Komitəsi təhlükə görməyib. “Ölkəmizə qarşı terror müharibəsi başlayıb. Düşmən son dərəcə qəddarlıq nümayiş etdirdi və istənilən addımı atmağa hazır idi. O, hətta müqavimət ideyasını da boğmaq üçün əhali arasında qorxu səpdi”, – deyə Kasım-Jomart Tokayev bildirib.
Tokayevin sözlərinə görə, yaraqlılar Qazaxıstanda hakimiyyəti ələ keçirmək niyyətində olublar və çevriliş cəhdləri baş tutmayıb.