ANKARA
Təşkilatın üzvü olan ölkələrin Xarici Işlər nazirləri bu məsələ ilə bağlı sıx əməkdaşlığın və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Türk Dövlətləri Təşkilatı böhranın aradan qaldırılmasında Qazaxıstan hökumətinə və xalqına bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib və prezident Kasım-Jomart Tokayevin qazax xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş islahatlarını dəstəkləyib.
Bu barədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici Işlər nazirlərinin Qazaxıstandakı vəziyyətlə bağlı fövqəladə iclasının yekunlarına dair birgə bəyanatda deyilir. Görüş çərşənbə axşamı videokonfrans vasitəsilə baş tutub.
Bəyanatda Qazaxıstanda baş verən son hadisələr zamanı insanların həlak olması ilə bağlı başsağlığı verilir və yaralıların tezliklə sağalması arzu edilir.
Fövqəladə növbədənkənar bəyanatda iştirak edənlər Qazaxıstana və qardaş qazax xalqına güclü dəstək və həmrəy olduqlarını bir daha təsdiqləmiş, Mərkəzi Asiya ölkəsində sülh və sabitliyin vacibliyini xüsusi vurğulamışlar.
Xarici İşlər nazirləri insan həyatı üçün təhlükə yaradan və ictimai asayişi pozan zorakılıq və dağıdıcı hərəkətləri pisləyib və Qazaxıstan hakimiyyətinin ölkədəki vəziyyəti tez bir zamanda normallaşdırmağa qadir olduğuna əmin olduqlarını vurğulayıblar.
Bəyanatda həmçinin beynəlxalq hüququn əsas norma və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilir və ölkədə konstitusiya quruluşunu sarsıtmağı hədəfləyən terrorçulara, radikallara, ekstremistlərə və cinayətkarlara qarşı mübarizədə Qazaxıstan hökumətinə dəstək ifadə edilir.
“Təşkilat hazırkı böhranın aradan qaldırılmasında Qazaxıstan hökumətinə və xalqına bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyir”, – deyə təşkilatın 2040-cı il üçün konsepsiyasına istinadla vurğulanır.
Bəyanata görə, bu məsələ ilə bağlı sıx əməkdaşlıq və məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü