“Ermənistan öz konstitusuyasını dəyişməli, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli…”- Qafar Çaxmaqlı

12/01/22 10:51

“Nikol Paşinyanın KTMT-nin onlayn toplantıda sözü hərləyib Azərbaycanın üzərinə gətirməsi və köhnə bayatını dilə gətirməsi göstərir ki, ermənilər olanlardan heç vaxt dərs çıxarmayacaqlar. Onlar fürsət düşdükcə, Azərbaycan və Türkiyəyə qarşı təxribatlarını davam etdirəcəklər”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Q.Çaxmaqlı Paşinyanın başdan-ayağa yalan danışdığını bildirdi: “O, hansı terrorizmdən danışır? Ermənilərin, yaxud onların himayədarı Fransanın əlində bircə fakt olsaydı, dünyanı ayağa qaldırardılar. Terrorizm əslində erməni millətinin ideoloji silahı kimi hər zaman məqsədə çatmaq vasitəsi olub və terrorizm dövlət siyasəti səviyyəsinə qaldırıldığı faktlarını da xarici ölkə araşdırmaçıları əsaslı dəlillərlə ortaya qoyublar. Paşinyan bu çıxışında Qazaxıstanda baş verənləri də çarpıtmaq və ona başqa don geyindirmək istəyirdi. Bu, açıq Türk düşmənliyidir və qazaxlar da bunu unutmamalıdırlar. Çıxışında elə bir alqı yaratmaq istəyir ki, guya Rusiya olmasaydı, Azərbaycan terrorizminin qarşısını almaq mümkün olmayacaqdı. Bu nadan qanmır ki, Rusiyaya bu şəkildə yaltaqlanmaq onun gələcək siyasi taleyini dəyişdirməkdə heç bir rol oynamayacaq”. Politoloq bildirdi ki, erməni terrorundan elə Rusiyanın özü də çox çəkib və heç bir ölkədə açıq fəaliyyət göstərən terror təşkilatları yoxdur, Ermənistandan başqa: “İndi bu ölkədə onlarca terror qrupu vardır və Paşinyanın özünü də təhdid etməkdədirlər. Azərbaycanla sərhədələrdəki təxribatlar da göstərir ki, Ermənistan hələ olanlardan dərs çıxarmayıb, terroru davam etdirməkdədir və Azərbaycan yenidən onlara dərs vermək məcburiyyəti qarşısında qalacaq. Ermənistan dövlətinin bölgədə varoluşu özü terror ve ekstremizmin qalması deməkdir. Biz dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün planlı tədbirlər görməliyik”.

Kəlbəcər " deyən şeirlər... » Dalidag.az

Q.Çaxmaqlı cümə günü keçiriləcək Ankara-İrəvan təmaslarına da münasibət bildirdi: “Türkiyə ilə Ermənistan arasında danışıqların başlaması o demək deyildir ki, Türkiyə Ermənistanın heç bir şərt qoymadan əlaqələr qurmaq tələbinə uyacaqdır. Zatən danışıqlarda Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları və ideoloji müharibəsi faktları ortadadır və bunların gündəmdə olmayacağı mümkün deyil. Ermənistana qarşı edilən İstanbul – İrəvan təyyarə uçuşları jesti də bu dövlətin özünü necə aparacağı öyrənmək tədbiridir və məncə, hələlik bu görüşdən heç bir nəticə almaq mümkün olmayacaq. Ermənistan öz konstitusuyasını dəyişməlidir, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkib “erməni soyqırımı” təxribati ideolgiyasından imtina etməlidir. Əks təqdirdə, bu ölkə ilə heç bir normallaşma tədbiri ola bilməz”.

Ankara Gölbaşı Türk Bayrağı - YouTube

Q.Çaxmaqlı Ermənistanın 11 yanvar təxribatlarına da reaksiya verdi: “Erməni ilə bir yerə qədər danışıq aparmaq olar. Onun verdiyi sözə əməl edəcəyinə inanmaq sadəlövhlükdür. Müharibədən sonrakı mərhələdə razılaşmalara nə dərəcədə əməl etdiyini görmədikmi? Ermənistanın toparlanmasına, özünəgəlməsinə, ona yol açıb nəfəslik verilməsinə imkan vermək elə elə erməni terrorizminin dirçəlməsinə şərait yaratmaqdır. Ermənistanda bizə qarşı ovqatı nəzərə almalıyıq və ciddi siyasi və güvənlik tədbirləri görməliyik. Keçmiş Dağlıq Qarabağın işğaldan azad olunmamış Xankəndi və digər ərazilərimizdə antiterror əməliyyatları keçirmək vaxtı çatmışdır. Qazaxıstana müdaxiləsinə görə bütün dünya Rusiyanın üzərinə gələcək. Bəlkə fürsətdir?.. Ruslardan və ermənilərdən torpaqlarımızı təmizləmək üçün imkan yaranıb. Bu məqamlar ölçülüb-biçilməlidir”.

E.Paşasoy,

Mənbə: Musavat.com