Son dəqiqə… Türkiyə və Rusya razılığa gəldi!

27/12/16 5:37

Moskva, Ankara ilə bütövlükdə Suriyanı əhatə edəcək bir vəziyyətdə tərəfləri razı etmə və gələn ay keçiriləcək sülh danışıqlarına hazırlıq məsələsində razılaşdığını elan edib.

Rusiya Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada, Ankara və Moskvanın Suriyada ölkə daxilində elan ediləcək bir atəşkəs üçün səy göstərilməsi və Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sülh danışıqlarının başlanması yönündə razılaşdıqlarını bildirib. Açıqlamaya görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu müqaviləni bu gün telefon görüşməsində həll ediblər.

Rusiya: Suriya hökuməti və müxaliflər görüşür

Rusiyanın Interfaks xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Astana görüşü ərəfəsində Suriya hökumətinin müxaliflərlə görüşdüyünü açıqlayıb. Lavrov danışıqların harada keçirildiyinə dair məlumat verməyib.

Türkiyə, Rusiya və İrandan Suriya razılığı

Rusiya Prezidenti Vladimir Putin Rusiya, İran, Türkiyə və Suriya dövlət başçısı Bəşər Əsədin Suriya sülh danışıqlarının Astanada keçirilməsi məsələsində anlaşdığını açıqlamışdı. Rusiya xəbər agentliyi Ria Novosti də adını vermədiyi bir diplomatik qaynağa əsaslanaraq bildirib ki, Rus və Türk hərbi rəsmiləri bu gün Ankarada Suriya müxalifəti ilə danışıqlar apardığınə bildiriblər.

Q.Muxtarlı

Transqafqaz.com