17 yanvar 2022-ci ildə NATO-nun Rabitə və İnformasiya Agentliyi və Ukrayna texnologiya ilə bağlı layihələr üzərində birgə işi davam etdirmək üçün yenilənmiş Anlaşma Memorandumu imzaladılar.
NATO Rabitə və İnformasiya Agentliyinin Baş direktoru Lüdviq Deskamps: “Biz bir neçə ildir ki, Ukrayna ilə uğurla işləyirik, əsas imkanları təmin edirik və bilikləri paylaşırıq. Bu yenilənmiş sazişə əsasən, biz Ukraynaya informasiya texnologiyaları və kommunikasiya xidmətlərinin modernləşdirilməsində dəstək olmaq üçün əməkdaşlığımızı dərinləşdirəcəyik, eyni zamanda onun işçilərinin təliminin tələb oluna biləcəyi sahələri müəyyənləşdirəcəyik. Ekspertlərimiz bu kritik tərəfdaşlığı davam etdirməyə hazırdır” deyib.
NATO ilə Ukrayna arasında münasibətlər 1990-cı illərin əvvəllərindən mövcuddur. Ukrayna NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda və missiyalarda fəal iştirak etməklə, qarşılıqlı faydalı əməkdaşlıq zaman keçdikcə dərinləşdi.
Agentliyin Müşahidə Şurası 2015-ci ildə ilk sazişi təsdiq edəndən bəri Agentlik əsasən NATO-Ukrayna Komandanlıq, Nəzarət, Rabitə və İnformatika (C4) Etimad Fondu vasitəsilə Ukraynaya texnologiya məsələlərində ardıcıl dəstək verib.
“Bu gün imzalanan Memorandum 2015-ci ildən başlayan əməkdaşlığımızı davam etdirir. NATO-nun dəstəyi ilə biz müasir informasiya texnologiyaları və xidmətlərini Ukrayna Silahlı Qüvvələrinin komandanlıq və idarəetmə sisteminə daha da tətbiq etməyi planlaşdırırıq”, – deyə Ukraynanın NATO-dakı missiyasının rəhbəri səfir Nataliya Qalibarenko bildirib.
Vahidov Qurban. Araşdırmaçı – analitik