Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) 2 milyon manat dəyərində dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə MEDİA-dan məlumat verilib.
Eyni zamanda Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də açıqlanıb.
Atmaca: Uzun uzadı nəsə yazmağa ehtiyac yoxdur. Dəfələrlə yazmışam və təkrar edirəm: «Dünyada jurnalistə pul, mənzil verməyin analoqu, deyildiyi kimidir, əlbəttə yoxdur. Bu işləri görmək istəyənlər isə çoxdur. Amma o ölkələrdə bu verilənləri almaq üçün növbəyə düzülən jurnalistlər yoxdur». Jurnalistikanı «yazıq» Əli Həsənov bu cür «güclə öldürdü». Yəqin MEDİA (amma adların abreviaturasını yaxşı düzəlişdirirlər, yox bir «ölü dirildən» TƏBİB) da eyni «üsulla» ölünü diriltməyə çalışır. Bir qəbir yeri, 3 manat pul və bir molla…
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri