Yasəmən Qaraqoyunlu – AMEA-na qarşı ciddi ittihamlar irəli sürdü

24/01/22 12:20
Bu günlərdə hamı Ramiz Mehdiyevdən Kərim Şükürovdan danışır. Lakin heç kim demir ki, bu sistemdə çalışanların 60 faizi Rusiyaya xidmət edir, rus dilində danışır. Əsas olan bu da deyil. əsas olan odur ki, onlar Türkiyəyə, türkə nifrət edirlər. Burada çalışanların 60 faizi, hətta 80 faizi Türkiyə düşmənləridir. Heç kim demir ki, bu sistem milli sistem deyil, Rusiyaya xidmət edən sistemdir. Heç kim demir ki, təkcə R.Mehdoyev yox, Rusiyaya xidmət edən, Rusiyanı özləyən Türk, Türkiyə düşmənləri getməlidir buradan…
Ölkənin bütün manqurt, kosmopolit, ruspərəst, qanıqarışıq, kölə ruhlularını bir binaya yığmışlar, bir sistemdə birləştirmişlər. Onlar Türkiyə, İraq, İran, Türküstan coğrafiyalarından qoparılmış bir Azərbaycan türk millətinin tarixini fəlsəfəsini mədəniyyətini yazmaq əvəzinə, yalnız Azərbaycan coğrafiyasına məxsus millət və mədəniyyət uydururlar, Azərbaycan coğrafiyasına həbs edilmiş azərbaycanlı insan tipi və unikal Azərbaycan identikliyi yaradırlar. Bu unikal Azərbaycan identikliyinin içində türk yoxdur, xüsusi bir azərbaycanlı milləti var ki, bu məhz Rusiyanın istədiyi, Rusiyanın maraqlarına xidmət edən konsepsiyadır. Türkiyə və İran türklüyündən qoparılmış, təcrid edilmiş bir Azərbaycan obrazı yaradılır. Rusiyanın asan həzm edə biləcəyi bir Azərbaycan. Onların təbirincə Səfəvi Azərbaycan dövlətidir, Qacarlar İran dövlətidir, yaxud da Qaçarlar, Osmanlılar, Xəzərlər, Səlçuklular işğalçıdır…
Bu rusdilli manqurtlar Rusiya imperiyasının maraqlarına xidmət edən, Stalin doktrinasına əsaslanan bir Azərbaycan kimliyi inşa edir.
Bu kimlik İranı təməl alan bir kimlikdir. Kökündə Sasanlı ənənələri dayanır.
Bu qanı qarışıqlarla, bu Rusiya nökərləri ilə, bu sistemlə, bu təfəkkürlə, bu bilgi ilə və ən əsası elmin inkişafının qarşısını alan çox saylı bürokratik əngəllərlə elm inkişaf etməz, güclü dövlət qurmaq olmaz, Turan qurmaq olmaz. Türkiyə ilə ittifaq qurmaq olmaz.
Azərbaycanda elmin inkişafının qarşısına Sovet bürokratik ənənələri və sistemləri ilə kilid vurulub.
Bir şəxs dr. ola bilmək üçün VAQ sisteminə 120 adda sənəd təqdim etməlidir. Hələ də köhnə iki pilləli müdafiə sistemi qalıb. İndi sürət əsrində, informasiya cəmiyyətində bu iki pilləli sistem bir alimi stressdən dəli edəcək əlavə yükdür. Kimə lazımdır bu? Ondansa yaxşı bir kitab yazmaq daha doğru deyilmi?
Hamı bilir ki, VAQ sistemi pul ylğan bir sistemdir. Heç kim soruşmur ki, bu sistem nəyə lazımdır. Müdafiə olunan elmi tezis, mövzu haqqında Elmi şuranın qərarı varsa, VAQ nəyə lazımdır?
Bir doktorant diplomunu qazanana qədər 10 sistemdən keçməyə məcburdur. Bütün bu sistemlərdə isə o doktorant yüz dəfə sındırılır. Hələ yazılmamış bir qanun daha var. Müdafiə edən şəxs mütləq müdafiədən sonra restoranların birində şura üzvlərinə qonaqlıq verməlidir, rəyçilərə, opponentlərə pul paylamalıdır… Rəzalət!
Azərbaycan alimi kimdir. Sındırılmış, şəxsiyyəti əlindən alınmış lal, kar, kor, mövqesiz, ac- yalavac, evsiz eşiksiz, yersiz -yurdsuz, ən aşağı maaş alan, yataqxana köşələrində, kirayələrdə çürüyən hüquqsuz insan tipi. Rəzil sürüngən.
Bu rəzil həyatı qoruyub saxlamaq üçün tək bir imkan var. Ulu öndər və analoqu olmayan inkişafdan danışıb yaltaqlıq və məddahlıq sürüsünün bir üzvünə çevrilmək. Təsəvvür edin ki, AMEA sistemində fəaliyyət göstərən YAP üzvlərinin siyasi rəhbəri Metro Tağıdır. Təsəvvür edin ki, bir fəlsəfə professoru Metro Tağıya tabedir. O fəlsəfə professoru bunu şəxsiyyətinə necə sığışdırır, buna necə susa bilir? Dünyanın harasında görünüb ki, metro işçisi filosofa rəhbər ola. Heyrət.
Hər zaman söylədim ki, belə etməyin. İnsanı, alimi sındırmayın. Çörəyə möhtac qoymayın. Sındırılmış insan nə elmi konsepsiya, ideya yarada bilər, nə də fikir ürətə bilər.
Heç kim biımir ki, həm də hamı bilir ki, burada alimlər iki kateqoriyaya bölünür.
1. Özü yazmayan, kitab və məqalələrini başqalarına yazdıran alimlər. Məsələn baxırsan ki, bu özü yazmayan alimin 42 yaşı var və guya 42 kitab yazıb, lakin bircə fikir belə deyə bilmir, bircə fikri belə yoxdur ki, bu heç, 42 kitab yazan nəinki Azərbaycan siyasi sistemini,. Allahı belə haqsız çıxara bilər axı. 42 kitab yazan bu sistemə dözərmi, R.Mehdiyevə dözərmi? Bu mümkündürmü? 42 kitab yazan dünyanı belə dəyişdirmək gücünə ağlına sahib olar, bəs bizdəkilər niyə belədir? 42 kitab yazan çoxdan bu sistemi devirmişdi, yaxud dəyiştirmişdi, çoxdan bu sistemin qarşısına dikilmişdi. Demirəm ki, hamı inqilabçı, müxalif olsun, yox. Deyirəm ki, 42 kitab yazan höküməti, idarəetməni, cəmiyyəti təkamüllə, maarifçiliklə sağlamlaştırardı, humanistləştirərdi, barış, ədalət və sevgi gətirərdi.
Kitab yazan susa bilməz. Mümkün deyil. Ya düzəldəcək, islah edəcək, təkmilləştirəcək, təşkilatlandıracaq, quracaq, ya da dağıdacaq, dəyişdirəcək. Con Lokk, Tomas Mor, Martin Lüter kimi, Əhməd Ağaoğlu, Rəsulzadə, H.Kissincer, Vil Durant, K.Yaspers, A.Toynbi, Əli Şəriəti, Hilmiyə Çığ kimi…Təkcə Martin Lüter Avropaya inkivizisiya çağı yaşadan kilsə hakimiyyətinə son qoymadımı, Avropanı dəyişdirmədimi?
Etiraf edirəm ki, bu hökümət Avropaya inkivizisiya cəhənnəmi yaşadan kilsə hakimiyyətindən də qorxulu və dəhşətlidir. Bunu mən demirəm, Tərtər işkəncələri deyir.
Niyə bizdəki alimlərin 80 faizinin şəxsiyyəti yoxdur. Elə elmlər doktoru tanıyıram ki, 20 ildə bircə dəfə də olsun nə səsini eşitmişəm, nə bir fikrini. Burada Rus dilində danışaraq özü ilə xalq arasında məsafə qoyan, özünü cəmiyyətdən yuxarıda tutan dikdabanlı qadın kölələr, mürəkkəb terminlərlə anlaşılmazlıq obrazına girmiş qalstuklu manqurtlar
gördüm. Budur elita?
AMEA sistemində alimlər üzərində hökümətin dəstəyindən çox mənfi istiqamətli basqısını daim hiss etdik. Çox alimlər bu sistemdən qaçdı, ölkəni tərk etdi. Burası həm də elitanın, məmurların, klanların gizli intriqa yuvası idi. Çünki hər kəs arvadını sevgilisini buraya yerləştirməyə cəhd edird…
Burada çalışanların 80 faizi KKB xidmət edir. Lakin indiyə qədər anlamadığım bir şey var ki, bu KKB mənim dövlətimə, millətimə xidmət edir, yoxsa şərə xidmət edir? Əgər bu KKB sistemi dövləti qoruyursa, bəs niyə burda Rusiya, İran şəbəkəsi geniş əl ayaq açıb? Deməli bu KKB sistemi özü sağlam sistem deyil. Kim ki, anti Rusiyaçıdır, höküməti tənqid edir, dərhal bu KKB sistemi onu şərləyir. Məsələn bunlar məni bir ara dövlətçilik düşməni adlandırmağa çalıştılarsa da buna nail ola bilmədilər. Burada tələb olunan əsas kriter budur ki, sus, başını sal aşağı öz cızma qaranla məşğul ol. Dövlətə, cəmiyyətə qarışma, ən əsası isə, heç nə istəmə. Arzulama. Böyük xəyallar qurma. Obrazlı desək, burada dik başlar kəsilir…
2. Özü yazan alimlər. Bədbəxt xoşbəxtlər, fanatiklər. Bunlar 40 faiz, bəlkə hələ 20 faizdir. Dövləti, milləti irəli aparmağa cəhd edənlər də onlardır. Zəhmətkeş işıqlı ləyaqətli insanlar.
Nə isə…
Elmin təşkilatlanmasında, təhsil siyasətində Rusiya modelindən imtina etmək gərəklidir, Türkiyə modelini əsas almalıyıq. Egitim sistemimiz Türkiyə ilə eyni olmalıdır. O zaman söyləyə bilərik ki, bir millət iki dövlətik.
Burada Rusiya və İran kəşfiyyatı ciddi kök salıb. Burada hər kəs, hər addım izlənir. Burada gizli bir şər sistemi, dövləti içdən çöktürəcək gizli şəbəkələr vardır. Burada neçə istedadlar dəli etdirilib, çatlayıb, ölüb, ləkələnib.
Burada Azərbaycan dövlətini görmədim, dövlətin siyasətini, himayəsini hiss etmədim.
Mən burada düşüncə və baxış acısı etibarilə yalnızdım, ruhumu satmamışdım, ikiləşməmişdim, Rusiya köləsi və Batı heyranı deyildim, imperializmin elmdə hansı texnologiyalarla işlədiyini bilirdim, Türk Millətinə çalışırdım. Mən bu sistemdə elmlə məşğul olanların əksəriyyətinin tarix hafizəsini kayb etdiyini görəndə şaşırdım.
Burada hər zaman çox yalnız qaldım, hər gün çıxıb getmək üçün çarələr aradım. Hər zaman üsyan etdim.
Burada həm Azərbaycanı azadlığa çıxaran dahilər yetişib, Zakir Məmmədov, Ağayar Şükürov, Asif Ata, Tofiq Hacıyev, Bəkir Nəbiyev, Yaşar Qarayev, Ə.Elçibəy, Şövkət Tagıyeva, Sara Aşurbəyli, Nailə Vəlixanlı, Aydın Məmmədov, Yusif Rüstəmov, Elməddin Əlibəyzadə, Sabir Rüstəmxanlı, Xəlyəddin Xəlilli, Nəsib Nəsibli…yüzlərlə Azərbaycan fədailəri, həm də Rus imperiya nökərləri…
AMEA kitabxanası demək olar ki, boşdur. 5, 10 tamıdığım adam gəlir buraya. Burası daha araştırmaçılarla dolub daşmır. Axı niyə də belə olsun. Kim 300 manata işləyər ki… Nə yazdığımız məqalələrə görə qonarar almırıq, nə də yazdıqlarımıza görə dövlətin, cəmiyyətin dəstəyini hiss etmirik. Böyük bir boşluqda, uçurumun dibindəyik.
Əgər bir akademiya aliminin maaşı elmi konfranslara qatılmaq üçün uçaq bileti almağa yetmirsə, yazdığı məqalələri nüfuzlu elmi jurnallarda çap etdirməyə çatmırsa, ailəsini yaşatmağa çatmırsa, ailəsi sosial problemlər içində çırpınırsa, bir tədqiqatçı hər səhər işə stress və bunalımla başlayırsa, banklara, müxtəlif adamlara borclu olursa, borc içində batırsa, həyatı, yaşamı müxtəlif dostların, adamların mərhəmətinə möhtac olursa lənətə gəlsin belə elm, belə akademiya, belə sistem. Lənətə gəlsin Ramiz Mehdiyev. Lənətə gəlsin Azərbaycanın nefti, sərvəti, oliqarşik klan sistemi. Lənətə gəlsin bütün bunlara dözən, bunları həzm edən sürüngən toplum. Lənətə gələsiniz Sizlər…
Millət başa düşmürsüz ki, sizi bitirirlər?
AMEA elmi işçisi YASƏMƏN QARAQOYUNLU