Bu sözləri NATO Baş katibi Yens Stoltenberq Rusiyanın təhlükəsizlik təminatı tələbləri ilə bağlı danışarkən deyib.
O bildirib ki, NATO “açıq qapı” siyasətindən qətiyyən imtina etməyəcək.
Rusiya ilə ciddi fikir ayrılığının olduğunu qeyd edən Stoltenberq məhz buna görə dialoqu vacib saydığını bildirib və Rusiya ilə “birbaşa əlaqə xətti” yaradılmasını təklif edib.
Qeyd edək ki, ABŞ öz səfirliyi vasitəsilə Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı tələbinə yazılı cavabı çatdırıb. Eyni zamanda NATO Brüsseldə öz yazılı cavabını Rusiya nümayəndələrinə təqdim edib.
Cavablarla bağlı geniş açıqlama olmasa da, Y.Stoltenberqin açıqlaması artıq çox mətləbdən xəbər verir.
Rusiya Gürcüstan və Ukraynanın NATO-ya qəbul edilməyəcəyi barədə təminat, NATO qüvvələrinin 1997-ci il sərhədlərinə qayıtması və s. kimi tələblər qoymuşdu.