Rus satirik yazıçı Mixail Zadornının açıqlamaları şəbəkədə populyarlıq qazanır.
Rusiyalı yazıçı 1988-ci ildə “Teatr” jurnalında dərc olunan məqaləsində o vaxt yeni-yeni vüsət alan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunub.
Onun sözlərinə görə, o, başa düşə bilmir ki, ermənilər bütün dünyaya “DQMV-də erməni dilində dərslik azdır” deyə qışqırır, əgər bu kitablar Ermənistanda çap olunursa, buna görə Azərbaycanı niyə günahlandırırlar…
“Mən başa düşə bilmirəm ki, SSRİ Dövlət Plan Komitəsinin sədr müavini, milliyyətcə erməni olan Stepan Sitaryan DQMV-də Mədəniyyət Evinin tikintisini niyə rədd etdi və indi Mədəniyyət Evin olmamasına görə Azərbaycanı günahlandırırlar…
Başa düşə bilmirəm ki, niyə erməni xalqının “mədəniyyət abidələrinin bərpası” haqqında söhbət gedir, amma onlar alban kilsələrini bərpa etməyə hazırlaşırlar…
Başa düşə bilmirəm ki, Ermənistanın Dəniz Nazirliyi və bir dənə də olsun gəmisi yoxdursa, “dənizdən dənizə” ideyası nəyə lazımdır?
Mən heç anlamıram geoloq Suren Ayvazyan niyə daşlardakı ərəb yazılarını ermənicə oxuyur və akademik Mixail Piotrovskini çaşdırır…
Mən başa düşə bilmirəm, niyə tarixçi Aruşanyana niyə erməni tarixinin 4 cildini yazmağı tövsiyə ediblər?, əgər biz 1-ci və 2-ci cildlərlə aydınlıq gətirib başa düşə bilmiriksə…
Zadornov hələ 1988-ci ildə qeyd edirdi ki, professor Meşçaninov “erməni tarixi öz qədimliyini tarixin özündən daha çox tarixçilərə borcludur” deyir.