ANKARA. 07.02.2022
Diyarbəkir vilayətində keçirilən əməliyyatda 400-dən çox jandarma əməkdaşı iştirak edir
Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində EREN antiterror əməliyyatlarının qış mərhələsinin 21-ci mərhələsi başlayıb. Bu barədə bazar ertəsi, fevralın 7-də Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini tamamilə aradan qaldırmaqdır.
Ümumilikdə 400 nəfərdən ibarət 14 jandarma dəstəsi PKK yaraqlılarının müəyyən edilərək məhv edilməsi məqsədilə Şenlik ərazisində əməliyyat aparır.
Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən bu yana 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilatın əli ilə həlak olub.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.
Ankaranın vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, PKK terror təşkilatı 2015-ci ilin iyulundan yenidən silahlı hücumlara başlayıb.
Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz “filiallarına” (PYD və YPG) yükləməyə çalışır.
Suriyada PKK terrorçuları PYD və YPG adları ilə ört-basdır edirlər və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda PKK Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.
Transqafqaz.com