Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 2 terrorçunu zərərsizləşdirib

07/02/22 12:07

ANKARA.07.02.2022

YPG yaraqlıları “Sülh mənbəyi” əməliyyatı zonasına soxulmağa və bununla da regionda sabitliyi pozmağa cəhd ediblər.

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında atəş açan və “Sülh mənbəyi” əməliyyatı zonasına daxil olmağa çalışan iki YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib. Bu barədə bazar ertəsi Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Xəbərdə Türkiyə Silahlı Qüvvələrinin bölgədə sabitliyi pozmağa çalışan terrorçularla mübarizəni davam etdirəcəyi vurğulanır.

PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir