BAĞDAD. 13.02.2022
İraq ordusu terrorla mübarizəyə hazır olduğunu vurğulayır
İraq Silahlı Qüvvələrinin 20-ci briqadası, ölkənin şimal-qərbində Sincar bölgəsinin rayon mərkəzində bu qanlı təşkilatın liderinin fotoşəkili olan pankart asan PKK terrorçularının əlaltılarının təxribatını kəskin şəkildə pisləyib.
Briqada komandiri general Əsir Rubai deyib ki, o, “İraq qanunlarını pozmağa cəhd edən hər kəsin başını sındırmağa” hazırdır.
Hərbçilərin müşayiəti ilə Sincarın mərkəzindəki meydana gələn Rübai orada terrorçuların liderinin təsviri olan bayrağın yerə atılmasını və İraq bayrağının asılmasını əmr edib.
Əlində İraq bayrağı olan Rübai Sincar sakinlərinə müraciət edərək: “Bölgənin hər bir sakini eşitsin. Mən burada İraq bayrağını dalğalandırıram. Uca Allaha and olsun ki, təxribatı təkrarlamağa cəhd edən hər kəsi dəfn edəcəyəm və ya asacağam. Terrorçuların yaşamaq hüququ yoxdur” dedi.
Transqafqaz.com