Ərdoğan: “Türkiyə ilə BƏƏ arasında dialoq bütün regionun inkişafına töhfə verəcək…”

14/02/22 2:29

İSTANBUL. 14.02.2022

Türkiyə prezidenti BƏƏ-yə yola düşməzdən əvvəl brifinq keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin tammiqyaslı bərpasına ümid etdiyini bildirib.

Prezident Ərdoğan BƏƏ-yə iki günlük səfərə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə Ankara ilə Əbu-Dabi arasında əməkdaşlığın bütövlükdə  regiona müsbət təsir edəcəyini bildirib.

Türkiyə lideri xatırladıb ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 8 milyard dollara çatıb. “Əlbəttə ki, bu rəqəm iki ölkə arasında iqtisadi əlaqələrin potensialını ortaya qoymur.

Ərdoğan xatırladıb ki, son illərdə türk podratçılar BƏƏ-də ümumi dəyəri 13 milyard dollar olan 141 layihə həyata keçirib.

Prezident əlavə edib ki, Əbu-Dabidəki danışıqların gündəliyinə regional problemlərin, o cümlədən Ukrayna ətrafında gərginliyin müzakirəsi də daxildir.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, həyat yoldaşı Əminə Ərdoğan BƏƏ-yə səfəri zamanı onu müşayiət etməyəcək, çünki o, koronavirus infeksiyasından hələ sağalmayıb.

Prezident Ərdoğanın rəsmi səfər proqramına Əbu-Dabi və Dubaya səfəri daxildir. 12 sənədin imzalanması planlaşdırılır.

Dövlət başçısı Dubay Ekspo Ümumdünya Sərgisi çərçivəsində Türkiyənin Milli Günündə iştirak edəcək.

Transqafqaz.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir