Ermənistan fondu mütəmadi olaraq Ermənistan mediasına Azərbaycan əleyhinə müsahibələr verən bloger Məhəmməd Mirzəliyə dəstək olub.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumata görə, Məhəmməd Mirzəli bu dəfə erməni diasporunun dəstəyi ilə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində çıxış edib. O, çıxışı zamanı Azərbaycan hökuməti əleyhinə ittihamlar səsləndirib. Bildirib ki, özü və bacıları Azərbaycanda işgəncələrə məruz qalıblar.
Məhəmməd Mirzəlinin qeyd olunan çıxışı Ermənistanın “Hayatsan” ümumerməni milli fondunun və Amerikanın Erməni Milli Komitəsinin üzvləri tərəfindən dəstəklənib və sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb.
Bildirilib ki, onun tribunadan çıxış etməsinə Ermənistan təşkilatlarının fəalları Anahit Taşçiyan, Nelli Avetisyan, Dan Vardanyan, Lusine Yagjiyan, Anna Qukasyan, Simon Magakyan, Nazik Demirjiyan, Paul Artinian, Samuel Felk, Vic Cerami və Linda Berberyan tərəfindən xüsusi köməklik göstərilib.