Məscidə hücum çəkən və məscidin önünə donuz basdırmasını yerləşdirən İngilis həbsdə öldü…

30/12/16 6:59

İngiltərənin Bristol şəhərində məscid qapısına donuz bastırması qoyduğu üçün 12 ay həbs cəzasına məhkum edilən məhkum, həbsxanada ölüb.

Yanvar ayında “Jamia” məscidinin qapı qoluna donuz bastırma dilimləri yerləşdirən 35 yaşlı Kevin Crehan, İyul ayında irqçi qərarla dövlət nizamını pozmaqdan günahkar bilinmişdi. Məhkəmədə Crehanla birlikdə ittiham olunan üç nəfər də doqquz aylıq həbs cəzalarına məhkum edilmişdi.

Bristol Həbsxanasından edilən açıqlamada, Crehanın ölümü ilə bağlı istintaq başlanıldığı qeyd edilib.

Təxminən 450 min insanın yaşadığı Bristolda əhalinin yüzdə beşini Müsəlmanlar təşkil edir. 64 milyon əhalili İngiltərədə Müsəlmanların sayı üç milyon ətrafında olduğu təxmin edilir.

Transqafqaz.com