Zelenski – Rusiya Federasiyasının “lnr”, “dnr”-nin tanınması ilə bağlı təcili bəyanatla ukraynalılara müraciət edib. Video

22/02/22 10:12

Zelenski: “Biz heç kimə heç nə verməyəcəyik…”

Fevralın 22-də saat 02:00 radələrində Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin – qondarma “lnr” və “dnr”nin “müstəqilliyini” Rusiyanın tanıması ilə əlaqədar ukraynalılara təcili bəyanatla müraciət edib. Müraciət Prezident Administrasiyası tərəfindən YouTube-da yerləşdirilib .

Zelenskinin müraciəti gecə yarısı gözlənilirdi , lakin bir neçə dəfə təxirə salınıb. Sona qədər onun gecə, yoxsa səhər müraciət edəcəyi bəlli deyildi.

“Zelenski dünya liderləri ilə telefon danışıqlarını davam etdirir. Müraciət hələ qeydə alınmayıb. Bunun nə vaxt baş verəcəyi ilə bağlı təxmini bir tarix belə deyə bilmirik”, – LIGA.net  gecə saat 01.30 radələrində bildirilib.

02-00 radələrində Ukrayna prezidenti xalqa müraciət edib. Müraciətində Zelenski ukraynalıları narahat olmamağa çağırıb və deyib ki, “ukraynanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır – nə olursa olsun, biz güzəşt etməyəcəyik”.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir