Fevralın 24-də səhər saatlarında Donbasda Birləşmiş Qüvvələrin əməliyyat bölgəsində Ukrayna hərbçiləri Rusiyanın beş təyyarə və bir helikopterini vurub.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Birləşmiş Qüvvələr Rusiya silahlı qüvvələrinə layiqli cavab verir. Hərbi hissələr öz mövqelərindədir. Düşmən itkilər verir”, – məlumatda qeyd olunub.