Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 23-də saat 20:30-dan 20:55-dək Gorus rayonu istiqamətində yerləşən mövqelərdən Azərbaycan ordusunun Laçın rayonunun Əhmədli kəndində yerləşən mövqelərini atəşə tutub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır.