Böyük Azərbaycanım var.
Keçmişim var,bu günüm var,
Babəkim,Koroğlum,Şah İsmayıl Xətaim var.
Cənubum var,şimalım var,böyük Azərbaycanım var.
Şeiriyyatım,külliyyatım,qəsidə,xəmsə,qəzəlim,
Nizamim,Füzulim,Nəsimim,Şirvanim var.
Şəhriyarım,Bəxtiyarım,böyük Azərbaycanım var.
Şərqdə ilk demokratik respublikam,
Rəsulzadə,Fətəli xan şəxsiyyətim,
Cümhuriyyət tarixim var.
Amalım var,məqsədim var,böyük Azərbaycanım var.
İgid əsgər,cəsur general- Həzi,Mübariz,Poladım,
qalibiyyət salnaməsi,qəhrəmanlıq dastanım var.
Böyük Azərbaycanım var.
Heydər kimi ulu öndər,dahi,düham,
İlham kimi liderim,
dünyaya səs salan ordum,
44-günlük zəfərim var.
Şərəfim,şanım,şöhrətim,
böyük Azərbaycanım var.
Silinməyən qan yaddaşım,
məsləkdaşım,silahdaşım,ziyalım var.
Nazimin doğma vətəni-Ərdəbilim,Təbrizim var.
İrəvanım,Naxçıvanım,dəmir qapı Dərbəndim,
Savalanım,Şahdağım,dağlaroğlu,dağlarqızı,
böyük Azərbaycanım var.
Hər cür təbii sərvətim,torpağım,dənizim,çayım,
Azərbaycan dövlətim,
Neçə ölməz şəhidim,yenilməz qazim,
Qarabağ,Şuşa fatehim- Ali Baş Komandanım var.
Böyük Azərbaycanım var.
Nazim Cahangirli.