*Amerika kəşfiyyatı: Azərbaycan Zəngəzura girərsə, İranın reaksiyası necə olacaq?
▪️Stratfor kəşfiyyat-analitik şirkəti, bunlara MKİ-nin „gölgəsi” də deyirlər, Azərbaycan-Ermənistan sərhəd boyu və Qarabağ ərazisində hərbi eskalasiya riskini təftiş edib.
▪️Dərc olunmuş hesabatda hərbi eskalasiya ehtimalının artmasını vurğulayaraq, Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlasa belə, İranın birbaşa müdaxilə etməyəcəyini ehtimal edirlər. ( Burada siyasilər üçün yaxşı mövzu var: bu hesabatın məqsədi Azərbaycanı əməliyyatlara səsləmək deyilmi?)
▪️Sülh danışıqları dalana dirəndiyi bir zamanda, Azərbaycan kiçik miqyaslı əməliyyatlara üstünlük verəcək. Bununla sülh danışıqlarına təsir və təzyiq vasitələrini artırmağa nail olmağa çalışacaq. Azərbaycan bu taktikadan son illər geniş istifadə edir.
▪️ Analitiklərin fikrinə görə, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan əraziləri və Zəngəzuru tutmaq kimi genişmiqyaslı əməliyyatlara getmək fikrindən uzaq qaçacaq. Onların fikrincə Aərbycan daha rasional və az güc tələb edən metodlara üstünlük verir.
Ömər Məmmədli