İsrail ölkəsində diplomatik nümayəndəliklər.

07/04/23 11:28

Son zamanlar Azərbaycan hökümətinin İsraildə səfirliyinin açılması və fəaliyyətini neqativ tonda, həm də fonda tirajlayan İran hökuməti reallığı tam olaraq itirib. Hal hazırki klerikal, şovinist və sümürgəçi hakimiyyətdən bundan artığını gözləmək bir qədər düzgün olmazdı. Amma ki, bizim də buna qarşı söyləyəcəklərimiz kifayət qədərdir. Təkcə Ermənistanda fəaliyyət göstərən səfirlik və konsulluq bu şarlatanları susdurmağa kifayət edərdi, əgər normal anladığımız dövlət olsaydı. Odur ki, başqa arqument gətirə bilərik.

İsrail dövlətində hal-hazırda diplomatik nümayəndəliklər, konsulluqlar qismində Azərbaycandan əlavə 8 müsəlman ölkəsinin nümayəndəliyi var.

-Albaniya

-Bosniya

-İordaniya

-Qazaxıstan

-Misir

-Nigeriya

-Kosovo

-Türkiyə

Bunlardan əlavə İranın çox yaxın və doğma əlaqələri olan Fransanın, Hindistanın, Çinin, Ermənistanın və Rusiyanın İsraildə diplomatik nümayəndəlikləri fəaliyyət göstərir.

Məmmədli Ömər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir