Putin və Rəisi İranda Rəşt-Astara dəmir yolu hissəsinin yaradılmasına dair sazişin imzalanması mərasimində iştirak ediblər
Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək lazımdır ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq.
Rəşt – Astara xətti Moskva və Tehranın, Astara (İran şəhəri) – Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.
İki lider uzun müddət Şimal-Cənub dəmir yolunu necə çəkməyi düşünürdülər – Ermənistan və ya Azərbaycan ərazisindən. Erməni variantına meyl edirdilər, çünki bu, guya “gəlirlidir”. Amma, sonra hazırkı variantı seçməli oldular.