Soydaşlarımız Almaniyanın paytaxtı Berlində böyük aksiya keçirirlər!
Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə bağlı azərbaycanlı soydaşlarımız aksiya keçirirlər. Soydaşlarımız əllərində Güney Azərbaycan bayraqları ilə tədbirə “Unter Der Linden” meydanından başlayıblar.
Qeyd edək ki, Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə keçirilən mitinq ikinci belə etiraz aksiyasıdır, birincisi cari ilin mart ayının 25-i baş tutmuşdur.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
#Xordad #aksiya