Bayden və Ərdoğan ABŞ və Türkiyə arasında münasibətlərin hərtərəfli inkişafı ilə bağlı razılığa gəliblər.
ABŞ prezidenti Co Bayden bazar ertəsi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yeni müddətə yenidən seçilməsi münasibətilə telefonla təbrik edib. İki ölkə liderləri ikitərəfli məsələləri, qlobal çağırışları müzakirə edib və ABŞ və Türkiyə arasında münasibətlərin hərtərəfli inkişafı ilə bağlı razılığa gəliblər.
Bu barədə Türkiyə prezidentinin administrasiyası telefon danışığından sonra bildirib.
“ABŞ prezidenti Co Bayden prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib və keçirilən prezident seçkilərinin nəticələrinin türk xalqının istəklərinə cavab verəcəyinə ümid etdiyini bildirib. Hər iki lider regional və qlobal çağırışları müzakirə ediblər. Bunun fonunda iki ölkə arasında əlaqələrin daha da vacib olduğunu və ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turundan sonra Bayden Ərdoğana təbrik teleqramı göndərib.