🇹🇲 Türkmənistan BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı “Dünya Türk Dilləri Günü”nün təsis edilməsini təklif edəcək. Bu barədə “Türkmənistan: Qızıl dövr” internet nəşri məlumat yayıb.
Bu il sentyabrın 12-də Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının 78-ci sessiyası üçün hazırlanmış Türkmənistanın prioritet mövqelərində UNESCO və TÜRKSOY ilə birlikdə 2024-cü ildə Beynəlxalq Türk Dilləri Həftəsinin keçirilməsi təklifi yer alır.
Bundan başqa, sənəddə “Ümumdünya Türk Dilləri Günü”nün təsis edilməsi ilə bağlı BMT Baş Assambleyası tərəfindən qətnamənin qəbulu imkanlarına baxılması təklif edilir.
Türkmənistanın inkişaf etdirilən təşəbbüsləri mədəniyyətlərarası dialoqun təşviqinə və beynəlxalq münasibətlərdə çoxdilliliyin dəstəklənməsinə yönəlib.
Məmmədli Ömər