Ay EKSPEDİSİYASI RUSİYA ÜÇÜN BİTDİ.
Avqustun 21-də Rusiyanın Luna-25 avtomatik modulu Ayın cənub qütbünə enməli idi. Bu, Rusiyanın postsovet tarixində ilk belə missiya və bir neçə ölkənin iştirak etdiyi yeni “Ay yarışı” başlayandan sonra ilk rus missiyası idi. Lakin missiya uğursuzluqla başa çatdı.
Şənbə günü Roskosmos bildirib ki, Rusiyanın Luna-25 stansiyasının göyərtəsində enişdən əvvəl orbitə keçid zamanı fövqəladə vəziyyət yaranıb ki, bu da manevrin göstərilən parametrlərlə yerinə yetirilməsinə mane olub. Bazar günü “Roskosmos” missiyanın uğursuzluğunu təsdiqləyib – cihaz hesabdan kənar orbitə çıxıb, Ayla toqquşub və onun səthinə düşüb.
Ömər Məmmədli