Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Saxi Xaneqbi ilə görüşüb.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.