
   ABŞ prezidenti Co Bayden gələn həftə beş Mərkəzi Asiya ölkəsinin başçısı ilə görüşəcək, bu barədə onun milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
 “Prezident  Mərkəzi Asiyanın beş dövlətinin – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın prezidentləri ilə də görüşəcək. Bu, C5+1 formatında prezidentlərin ilk sammiti olacaq”, – o, brifinqdə deyib.
 
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
 