Ermənistana QARŞI ARBİTRAJ PROSESİ

16/09/23 4:09

🇦🇿 Azərbaycan Bern Konvensiyasının müddəalarına uyğun olaraq Ermənistana qarşı arbitraj prosesinə başlayıb.

Bunu Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Çolpon-Atada keçirilən “Ekologiya sahəsində ədalət mühakiməsinə çıxış” adlı hakimlərin beynəlxalq konfransında deyib.

Konfransda çıxış edən Ç.Əsgərov Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, bu istiqamətdə ölkəmizin məhkəmə-hüquq sisteminin təcrübəsi barədə ətraflı məlumat verib.

Ç.Əsgərov bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” anlayışlarını tətbiq edir. Onun sözlərinə görə, bu da öz növbəsində mühüm ekoloji təsirlərə malikdir.

Azərbaycan nümayəndəsi Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalı nəticəsində ətraf mühitə dəymiş ziyandan da danışıb. Ç.Əsgərov qeyd edib ki, bu ekoloji cinayətlərlə bağlı araşdırmalar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir