🇹🇷🇺🇸
Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü, sentyabrın 22-də ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb. Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyası çərçivəsində jurnalistlərin iştirakı olmadan baş tutub.
“Görüş… 45 dəqiqə davam etdi. Görüşdə iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağda son hadisələr də müzakirə edilib”, – TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.