🇺🇳🇦🇿 BMT-nin Qarabağdakı missiyası: mülki şəxslərə qarşı zorakılıq halları olmayıb
Təşkilatın bəyanatında deyilir ki, oktyabrın 1-də Qarabağa gələn BMT missiyası səfərini başa çatdırıb. Vurğulayır:
▪️ “Atəşkəsdən sonra (20 sentyabr) mülki əhaliyə qarşı zorakılıq halları qeydə alınmayıb”.
▪️ “Qarabağ bölgəsində 50 ilə 1000 arasında etnik erməni qalıb”.
▪️ “Xankəndində mülki infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, habelə mədəni və dini binalara heç bir ziyan dəyməyib”.
▪️ “BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır”.
Yuxarıdakıları BMT baş katibinin nümayəndəsi də təsdiqləyib.
Sentyabrın 27-də Prezident Əliyevlə ABŞ-ın dövlət katibi Blinken arasında telefon danışığı zamanı Azərbaycan tərəfinin BMT-nin Rezident Əlaqələndirici Ofisi nümayəndələrinin Qarabağa səfərini təşkil etməyə hazır olduğu bildirilib.
#Qarabağ