Anklavların taleyi delimitasiya və demarkasiya prosesi ilə həll olunacaq.
Hayastan Ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda anklavlar məsələsi nə qədər problemli görünsə də, bu, o qədər sadədir, çünki xəritələr və qanunvericilik bazaları mövcuddur. Anklav adlanan istənilən ərazinin də müəyyən hüquqi əsası olmalıdır.
“İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyanda o zaman delimitasiya və demarkasiya prosesi baş verməlidir ki, bunun nəticəsində sərhədlər bütün aspektlər üzrə dəqiqləşəcək.Delimitasiya və demarkasiya prosesi başlayanda anklavlarla bağlı bütün məsələlər öz həllini tapacaq”, – Sanosyan bildirib.
Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, “Ermənistan ərazisində səkkiz azərbaycanlı kəndi qalıb və onlar geri qaytarılmalıdır”.