Türkiyənin xarici işlər naziri Hakan Fidan Amerika tərəfinin xahişi ilə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
“Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələr, eləcə də Qəzzada humanitar vəziyyət müzakirə edilib. Hər iki nazir regiona səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Nazirlər həmçinin NATO-nun genişlənməsi məsələlərini müzakirə ediblər”, – TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.