🇦🇿 Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpa Günüdür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.
Konstitusiya Aktı Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə əsaslanır və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu müəyyən edir.
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 32-ci ildönümü tamam olur.