Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları baş tutub
Azərbaycan Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında 6-cı qərargah danışıqları baş tutub.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Humanitar məsələlərə, eləcə də qarşıdan gələn minatəmizləmə təlimlərinə və treninqlərə toxunulub. Tərəflər arasında hərbi əməkdaşlığın bundan sonra da qarşılıqlı faydalı olacağına əminlik ifadə olunub.
Sonra, qonaqlar “N” saylı hərbi hissədə olublar. Nümayəndə heyətinə hərbi hissənin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, videoçarx nümayiş edilib.
Böyük Britaniyanın təşkil etdiyi kurslarda iştirak edən hərbi qulluqçularla görüşdən sonra qarşılıqlı hədiyyə mərasimi keçirilib.