Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimləri başlayıb.
Ölkəmizin müxtəlif istiqamətlərində, o cümlədən Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərə hər iki ölkənin müxtəlif qoşun növlərinin ümumilikdə 3000-dək şəxsi heyəti, 130-dək zirehli texnikası 100 artilleriya qurğusu, 20-dən çox təyyarə və vəsait, mühəndis avadanlıqları və kiçik botlar qatılıb.
Müasir döyüş üsullarından istifadə edilən təlimlərdə artilleriya, aviasiya və digər qoşun növlərinin döyüş əməliyyatlarında istifadə edilməsi, onların qarşılıqlı fəaliyyətinin təşkili, çaylar üzərindən ponton körpülərinin salınması və quru qoşunlarının şərti düşmənin dərinliklərinə endirilməsi üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir.