Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binası tikilir.

27/10/23 8:01

Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi olub.

Mərasimdə Azərbaycan və Gürcüstanın baş nazirləri iştirak ediblər.

Binada 500-600 yerlik auditoriya və beynəlxalq əhəmiyyətli konfransların və müxtəlif sərgilərin keçirilməsinə imkan verən müasir və qabaqcıl texnologiyalarla təchiz olunmuş interaktiv sərgi meydançası yerləşəcək. Teatrın ümumi sahəsi 3564 kvadratmetrdir.

Qeyd edək ki, Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1872-ci ildə yaradılıb və 1947-ci ilə qədər fəaliyyət göstərib. Teatr 2004-cü ildə fəaliyyətini bərpa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir