2023-cü il oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (parlament) üzvü Ərşad Salihinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə son vaxtlar Azərbaycan-İraq münasibətlərində dinamikliyin artması məmnunluqla qeyd edilib, bu xüsusda İraq prezidentinin və xarici işlər nazirinin cari ilin mart və iyul aylarında Azərbaycana səfərləri, eləcə də səfərlər çərçivəsində zirvə və yüksək səviyyəli görüşlər keçirilib.
Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilənin əhəmiyyətindən danışılıb.
Xatırladaq ki, Ərşad Salihi İraq Türkmən Cəbhəsinin keçmiş rəhbəridir. Parlamentə də Kərkükdən, türkmənlərin nümayəndəsi kimi seçilib.
Məmmədli Ömər